10.10.2025, 21:45
AZ EN
10.10.2025, 18:18 106

Eldar Quliyev: Türk dövlətləri İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana mənəvi dayaq oldu

XƏBƏRLƏR
  • Bütün Türk dövlətləri İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana mənəvi dayaq oldu.

Bunu Azərbaycan Milli Məclisinnin deputatı, Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Türkmənistan tərəfindən Azərbaycan xalqına hədiyyə olunmuş məscidin Füzuli şəhərində təməlqoyma mərasimi münasibətilə keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Ermənistan 30 illik işğal dövründə Azərbaycan ərazilərini tamamilə darmadağın etmişdi:

"Torpaqlar işğaldan azad edildikdən sonra bərpa-quruculuq işlərinə başladıq və bu prosesdə Türk dövlətlərini yanımızda gördük. Türkmənistanın hədiyyəsi olan məscid, yəqin ki, yaxın dövrdə inşa edilib təhvil veriləcək. Biz bu hədiyyəni yüksək qiymətləndiririk, çünki bizim birliyimizi nümayiş etdirir".

Deputat bildirib ki, 1992-ci ildə Türkmənistanda səfərdə olub. Aradan keçən 30 il ərzindəki fərq, Aşqabadın inkişafı onu sevindirir:

"Türkmənistan inkişaf edir və gələcəyə ümidlə baxır. Susuz olan Aşqabadda bu gün onlarla fontan var".(Report)

Oxşar xəbərlər