Avstriya Azərbaycanlıları Cəmiyyəti və Zalsburq Azərbaycan Evi adından yayılan mətbuat açıqlamasında həyatını itirənlərin ailələrinə başsağlığı verilib, qəzada xəsarət alanlara isə tezliklə şəfa arzulanıb: “Bütün dualarımız bu faciəli hadisədən zərər çəkmiş qardaş və bacılarımızladır. Bu kədərli zamanda bütün zərərçəkmiş insanların yaxınlarına səbir və başsağlığı diləyirik”. (AZERTAC)