10.10.2025, 21:46
AZ EN
10.10.2025, 17:45 108

Paşinyan MDB-nin sammitində bəyan etdi: "Azərbaycanla sülh..."

XƏBƏRLƏR
  • “Azərbaycan və Ermənistan arasında artıq sülh bərqərar olub”.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasında deyib. O, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlardan məmnunluğu ifadə edib: "Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Ermənistan və Azərbaycan arasında uzun müddət davam edən münaqişədən sonra sülh yaranıb. Bu prosesin əsas fundamental sənədi MDB-nin təsis sənədi, 1991-ci il Almatı Bəyannaməsidir”.

Baş nazir bildirib ki, iki qonşu ölkə arasında uzun illər davam edən müharibə vəziyyətinin sülhlə nəticələnməsindən danışarkən avqustun 8-də ABŞ prezidenti Donalt Trampın şahidliyi ilə imzalanmış sənədə istinad edilməsi vacib amildir: "Vaşinqtonda əldə edilmiş razılaşmaya istinad bizim üçün çox əhəmiyyətlidir. Çünki Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və Almatı Bəyannaməsinə uyğun olaraq keçmişin münaqişəsindən azad, daha işıqlı gələcəyə doğru irəliləmənin zəruriliyini tanıyırlar. Heç vaxt yenidən nəzərdən keçirilə və dəyişdirilə bilməyən bu reallıq xalqlarımız arasında düşmənçilik səhifəsinin bağlanmasına zəmin yaradır. Biz indi və gələcəkdə qisas almaq cəhdlərini qətiyyətlə rədd və istisna edirik".

Nikol Paşinyan əlavə edib ki, Ermənistan və Azərbaycan bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edir.

Elxan SALAHOV

Oxşar xəbərlər