11.10.2025, 00:08
AZ EN
10.10.2025, 18:50 111

Bahrom Aşrafxanov: Füzulidəki məscid müsəlman dünyasının qardaşlıq və birliyinin rəmzidir

XƏBƏRLƏR
  • Füzulidəki məscidin təməlqoyma mərasimi təkcə dini binanın tikintisinin başlanğıcını deyil, həm də müsəlman dünyasının qardaşlıq, dostluq və birliyini təcəssüm etdirir.

Bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Füzulidə məscidin təməlqoyma mərasiminə həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, Türkmənistanın qardaş Azərbaycan xalqına hədiyyə etdiyi məscid mənəvi dəyərlərin və qarşılıqlı həmrəyliyin parlaq nümunəsidir.

"Türkmənistanın bu nəcib addımı mədəni, dini və tarixi əlaqələrimizin ümumiliyini bir daha təsdiqləyir", - səfir bildirib.

B.Aşrafxanov vurğulayıb ki, Özbəkistan Azərbaycanın səmimi dostu və tərəfdaşı kimi azad edilmiş ərazilərin bərpası prosesində iştirak edir.

"Biz Füzulidə ümumtəhsil məktəbinin tikintisini fəxrlə həyata keçiririk və buna görə də bugünkü hadisənin mənəvi əhəmiyyətini dərindən dərk edirik", - səfir qeyd edib. (Report)

Oxşar xəbərlər