05.02.2025, 12:51
AZ EN
14.10.2024, 09:50 266

Sahibə Qafarova erməni həmkarı ilə yenidən görüşəcək

XƏBƏRLƏR
  • Milli Məclisinin sədri Sahibə Qafarova Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanla bu həftə yenidən görüşəcək. İkitərəfli görüş İsveçrənin Cenevrə şəhərində keçiriləcək.

"Vətən səsi" xəbər verir ki, görüş Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində reallaşacaq. Tərəflər Bakı ilə İrəvan arasında sülh müqaviləsini müzakirə etməyi planlaşdırırlar.

Xatırladaq ki, Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında bundan əvvəlki görüş bu ilin mayında olmuşdu. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova növbəti görüş üçün hazırda İsveçrədə səfərdədir.

 

Elxan SALAHOV

Oxşar xəbərlər