09.06.2025, 03:33
AZ EN
22.12.2022, 13:06 416

Yusif Bağırzadə: “Azərbaycandan başqa heç bir tərəf öhdəliyinə əməl etmir”

XƏBƏRLƏR
  • Qarabağda baş verən proseslər, Rusiyanın Azərbaycana qarşı aqressiv davranışları və gözlənilən nəticələri dəyərləndirən politoloq Yusif Bağırzadənin sözlərinə görə, Laçın dəhlizi Azərbaycanın ərazisi olmasına baxmayaraq, rəsmi Bakı o yolu bağlamaq niyyətində deyil: “10 noyabr bəyanatında tərəflərin hər biri öhdəliklər götürmüşdür. Məsələ ondadır ki, Azərbaycandan başqa heç bir tərəf öhdəliyinə əməl etmir. Bəyanatlardakı bəndlərdə kommunikasiya xətlərinin açılması ilə bağlı  açıq müddəalar var. Azərbycan Laçın  dəhlizinə alternativ yolunun tikintisini bitirdi və həmin yolu açdı. Prezident İlham Əliyev də elan etdi ki, Zəngəzur dəhlizi ilə bağlı  yolun tikintisi isə 2024-cü ildə bitir”.

Politoloq daha sonra bildirib ki,  Rusiya bəyanatın qarantı kimi olsa da, qeyri-qanuni erməni silahlılarının ərazidən çıxarılmasını təmin etmir. İkincisi də Zəngəzur dəhlizi açılmır. Əgər erməni tərəfi Zəngəzur dəhlizini açsa və silahlı ermənilər ərazidən çıxarılsa, Azərbycan üçün problem qalmır. Azərbaycan Laçın dəhlizini bağlamayıb və bu düşüncədə də deyil.

Y.Bağırzadə daha sona vurğulayıb ki,  Azərbaycanla Ermənistan ya təkbətək oturub danışmalı,  ya da Rusiyasız bir platformada müzakirələr aparmalı, problemi həll etməlidir: “Ermənistan öhdəliklərini yerinə yetirməyənə qədər gərginlik qalacaq. Yolun açılmasına əslində erməni tərəf də maraqlı olmalıdır. Paşinyan hakimiyyəti maraqlı olsa da, xaricdəki lobbi və kilsə imkan vermir ki, problem müsbət həllini tapsın”- deyə politoloq bildirib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər