09.06.2025, 16:34
AZ EN
08.04.2025, 08:58 231

VII ADA Siyasi Forumunun iştirakçıları Füzuli Beynəlxalq Hava Limanına gəlib

XƏBƏRLƏR
  • Bu gün Xankəndidə keçiriləcək “Yeni Dünya Nizamına Doğru” mövzusunda VII ADA Siyasi Forumunun iştirakçıları Füzuli Beynəlxalq Hava Limanına gəliblər.

ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbir Qarabağ Universitetində baş tutacaq.

Qeyd edək ki, Forumda Yaponiya, ABŞ, Birləşmiş Krallıq, Çin, Hindistan, İtaliya, Almaniya, İspaniya, Türkiyə, Rusiya, Qazaxıstan, İordaniya Haşimilər Krallığı və digər ölkələrdən olan ekspertlər, beyin mərkəzlərinin nümayəndələri iştirak edəcəklər. (Report)

Oxşar xəbərlər