22.11.2024, 14:59
AZ EN
31.10.2023, 13:36 295

İcma sözçüsü: “Toponimlərimiz irsimizin bir parçasıdır, onların da tarixi ədalətə ehtiyacı var”

XƏBƏRLƏR
  • “Toponimlərimiz irsimizin bir parçasıdır və onların da tarixi ədalətə ehtiyacı var”.

Bunu Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar “Qərbi Azərbaycan Toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ermənilər dağıdılan mədəni irsimizlə yanaşı, onların adlarını da dəyişdirməklə izimizi silməyə çalışıblar: “Qərbi Azərbaycan İcması mütəmadi olaraq regionda və dünyada baş verən hadisələri izləməklə yanaşı, dağıdılan, məhv edilən irsimizlə bağlı beynəlxalq qurumları və dövlətləri məlumatlandırmaqdadır. UNESCO və digər aidiyyəti qurumlara göndərilən məlumatlarda 300-dən çox məscidimizin, 500-ə yaxın məzarlıqların, yüzlərlə abidəmizin dağıdılması, qeyri-maddi mədəni irsimiz - UNESCO-nun 2009-cu ildə qeyri-maddi mədəni irs siyahısına salınan aşıq sənəti, ədəbiyyatımız, musiqimiz, folklorumuza deportasiyalar nəticəsində dəyən zərbələr barədə məlumat vermişik, toponimlərimizin dəyişdirildiyini diqqətə çatdırmışıq”.

Ü.Zülfiqar vurğulayıb ki, qurumdan gələn cavabda sözügedən məsələnin UNESCO-nun mandatında olduğu bildirilib, məsələni diqqətdə saxlayacaqlarını deyiblər: “İcma soydaşlarımızın sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması, irsimizlə bağlı ədalətin bərpası istiqamətində fəaliyyətini davam etdirir”. (Report)

Oxşar xəbərlər