Bu barədə nazir "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, danışıqların əsas mövzuları Zəngəzur dəhlizi layihəsinin gələcək perspektivləri və Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafına Aİ-nin mümkün dəstəyi olub.
"Biz Azərbaycan tərəfinin bu sahədə həyata keçirdiyi strateji layihələr barədə ətraflı məlumat verdik. Həmçinin Aİ-nin bu layihələrdə potensial iştirak imkanları barədə fikir mübadiləsi apardıq. Əsas diqqət nəqliyyat, rəqəmsallaşma, innovasiyalar, İKT sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəldilib", - nazir qeyd edib. (Report)