Bir neçə politoloqun Yeni ilin ilk günlərində verdikləri müsahibələr belə qənaətə gəlməyə əsas verir. Ermənistanın sülh müqaviləsini imzalamasının ölkəyə yalnız faydalı olacağını düşünənlər isə azdır. ARM NewsHour iddia edir ki, sülh müqaviləsi imzalandıqdan sonra delimitasiyası və demarkasiya prosesi də məhz Azərbaycanın istədiyi şərtlərlə aparılacaq və udan tərəf o, olacaqdır. Müxalifətin bununla barışmayacağı isə ölkədə yeni mitinqlərin, hətta - "siyasi təxribatların başlamasına yaşıl işıq yandıracaq" - deyə, nəşr əlavə edib.
Nəsib