24.11.2024, 23:13
AZ EN
19.01.2023, 11:29 334

Haylar suyu benzindən seçə bilmir

YAZILAR

Ermənistan hökumətinin yanvarın 19-da keçirilən növbəti iclası öz işinə qara xəbər və yasla başlayıb. Buna səbəb baş nazir Nikol Paşinyanın Göyçə mahalının Azad kəndindəki hərbi hissədə baş vermiş yanğında 15 əsgərin həlak olması barədə verdiyi məlumat olub. İclasda iştirak edən müdafiə naziri Suren Papikyan məsələ ilə bağlı açıqlama verərkən ermənilərin benzinlə suyu bir-birindən ayıra bilməməsi kimi gülünc fakt ortaya çıxıb. O, deyib ki, yanğını söndürmək üçün səhv olaraq su əvəzinə benzin tökülməsi alovu daha da şiddətləndirib və nəticədə 15 nəfər həlak olub. O, sonda vurğulayıb ki, faktla bağlı araşdırma aparılır və günahkarlar cəzalandırılacaqlar.

Hökumətin iclasında gündəlikdəki məsələlərdən daha çox Azərbaycan əlehinə əsassız fikirlər irəli sürən Paşinyan suyu benzindən seçə bilməyən soydaşlarının başının müalicəsi ilə məşöul olsa, faydalı iş görmüş olardı.

Nəsib

Oxşar xəbərlər