09.06.2025, 06:49
AZ EN
09.01.2023, 15:13 345

İfakat Yuna: “YUNESKO beynəlxalq bir qurum olmaqdan çıxdı və sadəcə Fransanın çıxarları üçün çalışır”

YAZILAR
  • Müharibə bitəndən  sonra Azərbaycan YUNESKO-ya dağıdılmış abidələri öz gözləri ilə görüb qiymətləndirmək üçün  işğaldan azad etdiyimiz ərazilərə monitorinq qrupu göndərməyi təklif etdi. Lakin YUNESKO-nun erməni əsilli  baş direktorunun əcdadlarına olan sevgisi buna imkan vermir, əksinə bu qurumun mərkəzi qərargahının üstəlik Parisdə yerləşməsi tarixi irsin deyil, erməni sevgisinin üstün gəlməsinin əsas səbələrindən biridir. Təəsüflər olsun ki, bu gün YUNESKO-nun timsalındabu gün  Azərbaycana qarşı növbəti ədalətsizlik sərgilənir.

YUNESKO-nun Aərbaycana qərəzli münasibətinin əsl səbələri isə ekspertlərin fikirlərində aydın görünür.

Azərbaycanın YUNESKO ilə  1992-ci ilin  iyunundan, yəni, 30 ildir davam edən münasibətlərində soyuqluğun sərgilənməsi insanda sadəcə təəssüf doğurur. Xüsuilə 2004-cü ildə Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın qurumun Xoş Məramlı Səfiri seçilməsi ilə başlayan  sıx əməkdaşlıq əlaqələri son vaxtlar durğunluq dövrünü yaşayır.

Ekspertlər münasibətlərin soyumasının əsas səbəbini 2017-ci ildə YUNESKO rəhbərliyinə gətirilən Odre Azule etnik mənsubiyyəti ilə əlaqələndirilər.

Sosial Tədqiqatlar Mərkəzinin departament müdiri Tahirə Allahyarova məsələ ilə bağlı İctimai TV-yə müsahibəsində bildirib: “Odre Arzulaynın anası yazıçı olduğu deyilən  Katya Brami erməni əsillidir və o bütün bu  belə deyək. Öz həyat yoldaşı Andrey Arzulayın qlobal erməni təşkilatı ilə sıx əməkdaşlığını təmin edib. Ən böyük Beynəlxalq erməni xeyriyyə təşkilatının başına gətirilib. Əlbəttə ki, ailə bağları, erməni əsilli olmaları burada birmənalı olaraq öz sözünü deyib və özünü göstərib.

YUNESKO-nun nizamnaməsinin priampulasında  onun sülh və qarşılıqlı  dostluğa xidmət etməsi, dünyada mədəniyyətinin qorunması missiyasına xidmət etməsi göstərilib və biz hazırkı gerçəklikdə görürük ki, dünya qlobal erməni diasporunun sayəsində YUNESKO tamamilə bu missiyasına əks olaraq  dosluğa qarşı anlaşmaya deyil, erməni siyasi məqsədlərinə edir, mədəniyyət deyil, siyasiləşmiş bir təşkilata çevrilməkdədir. 

Orde Azule sürətli karyera  yüksəlişini də elə erməni köklərinə borcludur. Araşdırmalar göstərir ki, ona ən böyük dəstəyi son 30 ildə Fransanın kino sənayesini öz inhisarına alan Alen Terzyan göstərib.

Bu erməni çətiri YUNESKO kimi bir təşkilatın qeyri-obyektiv, qərəzli fəaliyyət göstərməsinə səbəb olub. Qarabağda ermənilər tərəfindən  milli-mədəni sərvətlərimizin  məhv edilməsinin qarşısını almaq üçün Azərbaycanın YUNESKO-ya missiya göndərilməsinin cavabsız qalması da bunun sübutudur. Vətən müharibəsindəki qələbəmizdən sonra  beynəlxalq qrumun nümayəndələri  bir sıra bəhanələr gətirərək bölgəyə səfər etməkdən imtina  etdilər.

Beləliklə, erməni lobbisinin Fransadakı nümayəndələrinin səyləri nəticəsində YUNESKO öz nizamnaməsinin  tələblərindən, dünya mədəniyyətinin mühafizəsi kimi tarixi missiyasından uzaqlaşıb. Mütəxəsislər bildirirlər ki,  məhz beynəlxalq qurumun açıq-aşkar  ermənipərəst fəaliyyət göstərməsi Azərbaycanın birinci-vitse prezidenti  Mehriban xanım Əliyevanın  YUNESKO-nun Xoş Məramlı Səfiri vəzifəsindən iimtina etməsinə səbəb olub.

COJEP beynəlxalq təşkilatının Avropa Parlamenti ilə iş şöbəsinin müdiri İfakat Yuna fikirlərini belə izah edib: “YUNESKO uluslararası bir qurum olmaqdan çıxdı və sadəcə Fransanın çıxarları üçün çalışır. Bəzi kişilər özəl və şəxsi məsələsi üçün istifadə olunur. Bu da təbii ki, Ermənistanın qorunması üçün. Bunu da saxlamırlar, açıq-aşkar ortadadır. Hörmətli Mehriban Əliyevanın istefa etməsinə heç də təəccüblənmirəm. Bu addımı haqsızlığa qarşı çox gözəl bir hərəkət olmuşdur.

Təəsüf ki, avropa xalqı gerçəkləri bilmir. Ermənilərin bilinən sifətlərindən biri də  gerçək olmayan olayları söyləyib və sonra gerçək ortaya çıxmadan  xalqa unutdurmağa çalışmasıdır. Təəssüf ki,  millətin ağlında sadəcə yalanlar qalır”.

YUNESKO-nun Azərbaycanla bağlı siyasətində müşahidə edilən qərəzli mövqe və hərəkətsizliyin kökündə  təbii ki, erməni əsilli rəhbərliyin siyasi  qısqanclığı və xristian həmrəyliyi durur. Hazırda beynəlxalq təşkilat  ermənilərin və onları dəstəklləyən xarici dairələrin  siyasi sifarişlərini yerinə  yetirməklə məşğuldur.

YUNESKO gələcək fəaliyyətini bu istiqamətdə davam etdirərsə, beynəlxalq təşkilat olaraq  tamamilə nüfuzdan düşəcəyini proqnozlaşdırmaq da çətin deyil.

Azərbaycan YUNESKO-dan işğaldan azad  olunmuş ərazilərimizə  komissiya göndərməsini tələb etrməsinin əsas səbəbi  milli-mədəni irsimizin, tarixi abidələrimizin məhv edilməsinə  dünyanın diqqətini cəlb etmək  və həmin qədim memarlıq  subyektlərinin bərpasına  nail olmaqdır.  Amma Azərbaycanın bu  haqlı tələbi hələ ki, cavabsız qalıb. Şübhəsiz ki, Ermənistan Qarabağda törətdiyi vandalizm aktlarını dünya ictimaiyyətinə təqdim edilməsindən narahatdır. Bu səbədən erməni lobbisinin dəstəyi ilə  cinayətlərini gizlətməyə çalışırlar. Lakin Azərbaycan dağıdılan abidələrini özü bərpa edəcək. Necə ki, 30 ildir pozulmuş ədaləti bərpa, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər