20.09.2024, 01:51
AZ EN
18.10.2022, 14:10 639

Erməni qadın cəllad olduğunu yenə sübut etdi

YAZILAR

18 oktyabrı tarixli “Hraparak” onlayın qəzetinin müxbirinin “51-65” hərakatının lideri, sabiq deputat Karin Tonayanla müsahibəsi özünün bir sıra məqamları ilə diqqəti cəlb edir. Üz-gözündən qadın incəliyi əvəzinə, cəladlıq yağan Karin Tonoyan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tam əleyhdarı olduğunu bildirib və erməni sayağı həyasızlıqla şərh edir ki, sülh müqaviləsi bir-birinə hörmət edən, iqtisadi, siyasi əlaqəsi olan iki xalqın arasında bağlanır və bu, hər iki təərf üçün faydalı olur. Azərbaycanın və Türkiyənin ünvanına təhqirlərlə dolu ifadələr işlədən K. Tonoyan təkcə öz sözləri ilə deyil, həm də səsindəki nifrət və kobudluqla özünün kimliyini ortaya qoyur. Adi mənəvi dəyərlər bir yana, insanlıq körkəmindən də mərhum olan bu qadın bu yaxınlarda Türkiyədə mədəndə baş vermiş faciəilə bağlı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın və deputat Arsen Toroyanın Türkiyəyə başsağlığı vermələri, “regionun xalqları bu ağır itki üçün kədərlənir” demələri Tonoyanı daha qəzəbləndirib. O, sözügedən erməniləri ən vəhşi heyvan adlandıraraq həyasızcasına bildirib ki, türkün bədbəxtliyinə yalnız türklər acıyır. Erməni olan kəs türkə başsağlığı verməz. Həm Ermənistanın xarici işlər nazirinin, həm də deputatı türklərə yaltaqlıqda suçlayan K.Tonoyan bölgədə sülhün bərqərar olmasının erməni toplumunun mənafeyinə zidd olduğu kimi sağlam düşüncədən  də uzaq sərsəmləmələrlə Ermənistanla Azərtbayanın hətta ayda bir dəfə sülh müqaviləsi imzalanmasının da əhəmiyyətsiz olacağını vurğulayıb. Bildirib ki, belə sülh müqaviləsi həmişə sadə kağız parçasından başqa heç nəyə bənzəməyəcək. Bu cəllad xislətli qadının müsahibəsini oxuduqca düşünürsən ki, avropalı səyyahın yazdığı “erməninin nə sözünə, nə də imzasına inanmaq lazım deyil”-fikri iki əsrdir ki, öz aktuallığını itirmir. O ki, qaldı Ermənistanın öz dostlarından müasir silahlar alıb Azərbaycana məğlub edəcəyi barədə bu qadının sərsmləmələrinə, reallıq göz önündədir. Şanlı Azərbaycan ordusu bir həmlə ilə İrəvana girib və həmin qadını sorğu-suala tutmağa qadirdir.

Azərbaycana və Türkiyəyə nifrətini hər yerdə həyasızcasına bəyan edən bu cəllad qadının güvəndiyi ölkələrin özləri də türkün önündə diz çöküb aman diləyəcəyi də şəksizdir. Üzdə bir, arxada isə başqa cür davranan erməni sevdalı qonşumuzun isə özünün başının məhz öz vətəndaşları tərəfindən əziləcəyinin konturları artıq görünməkdədir.

N.QARAMANLI

Oxşar xəbərlər

SON XƏBƏRLƏR