03.07.2025, 20:04
AZ EN
02.07.2025, 10:18 280

Dövlətimiz daim vətəndaşının yanındadır

YAZILAR
  • “Azərbaycan dövləti özünün hərbi, siyasi zəfərləri ilə yaratdığı yeni geosiyasi konfiqurasiyada milli maraqların, eləcə də soydaşlarımızın hüquqlarını və mənafelərini tarixin bütün dövrlərindən daha güclü şəkildə, daha qətiyyətli şəkildə qoruya bilir”.

Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O, əlavə edib ki, Azərbaycan Prezidenti daxildə və xarici məsələlərdə Azərbaycan dövlətini, Azərbaycan xalqını təmsil etdiyi kimi, Azərbaycan dövlətçiliyinin varisliyini təmin etdiyi kimi, Azərbaycan xalqının vahidliyini təcəssüm etdirə bilir: “Azərbaycanın hər bir vətəndaşı, eləcə də  vətəndaşlığından asılı olmayaraq, hər bir azərbaycanlının dünyadakı hüquqlarının qarantına çevrilə bilir. Əlbəttə,  bu, çox ciddi məsələdir. Yaşanan proseslər dövlətimizin nümayiş etdirdiyi qətiyyəti göstərməkdədir ki, tarixin heç bir dövründə olmadığı qədər qütrətlənən ölkəmiz istənilən məsələdə, istənilən problemdə vətəndaşının zamanında imdadına çatır və vətəndaşının hüquqlarını, haqlarını lazımi formada müdafiə edə bilir”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər