Bunu politoloq Tural İsmayılov yaxın tarixdə dəhlizin açılması məsələsinə münasibət bildirərkən mətbuata açıqlamasında deyib.
O, bildirib ki, sadəcə olaraq konkret bir tarixi indidən söyləmək hesab edirəm ki, absurddur: “Çünki, hətta noyabrın 5-ə qədər dəhlizin açılma ehtimalları olsa belə bununla bağlı dövlətlərarası bir konsensus əldə edilməlidir və həm Azərbaycan, həm də Ermənistan tərəfindən ortaq bir bəyanat yayılmalıdır”.
Ermənistan kimin marağından çıxış edir etsin, Azərbaycan milli maraqlarından bir addım da geri duran deyil.
Tahirə AĞAMİRZƏ