Elxan Şahin oğlu yazır:
-Erməni separatçılarının lideri Arayik Arutunyan Azərbaycanın düşməni olsa da, son müsahibəsində hazırki reallıqları doğru anladığı aydınlaşır. Bəli, onun da dediyi kimi, Azərbaycanın məqsədi Qarabağda separatçılığa son qoymaq və bölgəni Azərbaycanın qanunlarına tabe etdirməkdir. Bunun üçün bütün imkanlardan istifadə edilir və ediləcək. Separatçıların ümid etdikləri 9 noyabr 2020-ci il bəyanatı Azərbaycanı durduracaq gücdə deyil. Arutunyan bunu da anlayıb. Separatçıların lideri çıxılmaz vəziyyətə düşdüklərini etiraf edib, Rusiya və Qərdən əlini üzüb. Bu isə Azərbaycanın separatçılara qarşı təzyiq siyasətini artırmasının doğru olduğunu göstərir.
Hazırladı: Tahirə AĞAMİRZƏ