Məlum olduğu kimi, 13 dekabr tarixində Qazax-İcevan sərhəddində Azərbaycan və Ermənistan arasında razılaşmaya əsasən saxlanılan hərbçilərin mübadiləsi həyata keçirilib. Xalqımız prosesi böyük həyacanla izləyir. Bu əlamətdar hadisə ictimaiyyətimizdə yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir.
Mətbuat Şurasının sədri Rəşad Məcid bununla bağlı İTV-Xəbərə açıqlamasında bildirib: “Bu, böyük bir göstəricidir, bizim üçün xoş bir hadisədi. Azərbaycan böyük ürəklilik nümayiş etdirərək 32 erməni hərbçi ilə bizim 2 əsgərimizi dəyişdi. Yeni bir dövrün başlanğıcıdır. Bu, həm də Azərbaycan tərəfindən, Azərbaycanın sülh istəməsinin bariz nümunəsi və təcəsümüdür.
Tahirə AĞAMİRZƏ