Bunun daha bir nümunəsi ABŞ-ın Qlendel şəhərində mer vəzifəsini məhz erməni bicliyi ilə qamarlamış Artaşes Kasaxyanın " Hraparak" ın əməkdaşı Ara Aloyana verdiyi və bu gün sözügedən agentlik tərəfindən yayılmış" ABŞ Bakıya silah satışını dayandırmalıdır.Mühüm olan ER - nın təhlükəsiz mövcudluğudur" başlıqlı müsahibəsidir.
Güney Qafqazdan Rusiyanın çıxması üçün başlayan revanşçı hay qüvvələrinin dəstəkçisi və maliyyələşdirənlərdən biri olan hay mer öz baxışları ilə Qarabağdakı separatçılardan heç də fərqlənmədiyini Türkiyə ilə Ermənistan arasındakı münasibətlərə də şamil edərək vurğulayıb ki, düşmənlə bir yerdə nəinki yaşamaq,bir masa arxasında oturub söhbət etmək belə mümkün olacaq iş deyil. Azərbaycan barədə dedikləri isə daha kəskin və daha qeyri- insanidir.
Meri olduğu şəhərdə Türkiyə və Azərbaycan əlehinə tez-tez etiraz aksiyaları keçirildiyini də bildirən bu hayın vətəndaşı olduğu dövlətə deyil, separatçı rejimin xülyalarına xidmət etdiyini ,sözsüz , dünyada söz sahibi olan ABŞ lap yaxşı bilir.Amma ikili standartlar əsasında həyata keçirilməsi mümkün olan siyasətin də məhz sözügedən ölkədə yaradılması da sirr deyil.
N.Qaramanlı