Ermənistan parlamentinin sədri Alen Simonyan oktyabrın 17-də Brazilyanın Ermənistana təyin olunmuş səlahiyyətli və fövqəladə səfiri Fabrio Bar Pitaluqanı qəbul edib. Erməni spiker Brazilya milli konqresində Brazilya Ermənistan dostluq qrupunun yaradılması üçün səfirə minnətdarlığını bildirib və əlavə edib ki, Ermənistan parlamentində də belə qrup yaradılacaq. Sentyabrda ermənilərin törətdikləri təxribatlara cavab olaraq Azərbaycan ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsini ermənisayağı həyasızlıqla “şərh” edən spiker yeni səfirə yalanlarla dolu məlumatlar verərək Azərbaycan əsgərlərinin geri çəkilməsi üçün öz dövlətinin nüfuzundan istifadə etməyi xahiş edib. Bununla bağlı feysbukda yazılmış bir şərhdə isə bildirilir ki, heç bir ölkə öz marağını kənara qoyub Ermənistanın maraqlarını önə çəkməz. Düz sözə nə deyəsən.
N.QARAMANLI