18.06.2025, 14:47
AZ EN
10.04.2023, 17:20 306

Hay general yenə sərsəmlədi

YAZILAR

Qarabağda doğulmuş və əli soydaşlarımızın qanına batmış Samvel Babayan adlı hay general YouTubedə yerləşdirilmiş çıxışında həyasızcasına deyib ki, guya erməni ordusu indi 44 günlük müharibədəkindən daha yüksək əhval-ruhiyyəsi və döyüş qabiliyyətinə malikdir. Hakimiyyətin bu sahəyə diqqətini daha da artıracağı təqdirdə isə guya ordunun istənilən döyüş tapşırığını yerinə yetirmək əzmində olduğunu deməsi isə daxili auditoriyaya hədəflənməklə həm də onun müdafiə naziri postuna cəhd etdiyi açıq-aydın görünür. 2020-ci ildəki müharibədə 11 mindən çox fərarisi olan başıpozuq erməni ordusunun yeni müharibə olarsa, fərari olarmı sualını isə o, belə cavablandırıb: müharibə olanda özünüz görəcəksiniz.

Lap gülməli cavabdır.

Nəsib

Oxşar xəbərlər