01.06.2025, 04:13
AZ EN
01.03.2023, 13:03 399

Paşinyan xalqdan çəkinmir

YAZILAR
  • Ermənistanın baş naziri Nikol Paşinyanın və həyat yoldaşının fevralın 26-da dincəlmək üçün Gümrü şəhərinə getməsi, küçədə mühafizəsiz gəzməsi, rastlaşdığı sakinlərlə hal-əhval tutması, sonra isə sobanın üstündə kartof dilimləri, qarğıdalı bişirib Annası ilə iştahla yeməsi və bunun sosial şəbəkədə paylaşılması müxtəlif rəylərlə qarşılaşıb. Müxalifət bu görüntüləri tənqid etməklə yanaşı, həm də lağ ünvanına çevirib. "Hraparak"ın müxbiri Lusine Şahverdyan isə sözügedən olayla bağlı Ermənistan parlamentinin üzvü, gümrülü David Aruşanyanın münasibət bildirməsini xahiş edib.

Deputat deyib, biz öyrəşmişik ki, ölkə rəhbərləri bahalı restoranlarda dəbdəbəli ziyafət təşkil etsin. Baş nazirin öz həyat yoldaşı ilə birlikdə hardasa sərbəst görünməsi, vətəndaşlarla söhbəti qeyri-adi görünməməlidir. Axı, o da vətəndaşdır və istirahətini istədiyi yerdə keçirməyə haqqı var.

Cəmiyyətin bunu birmənalı qarşılamamasını xatırladan jurnalist əlavə edib ki, sadə vətəndaşlar belə "peraşki"ni necə yediklərini fotolar vasitəsi ilə kütləviləşdirmirlər, ona görə də narazılıq ifadə edənlər də var. Deputat bu fikrin düzgün olmadığını bildirərək vurğulayıb ki, 2018-ci ildə Paşinyan Gümrüdə xalqla birlikdə olub, onun etimadını qazanıb və məhz sadəliyinə görə xalqın liderinə dönüb.

Söhbətdən bir qədər sonra Anna Hakopyan həyat yoldaşı ilə Avropanın bahalı  restoranlarında çəkdirdikləri fotoları paylaşıb və belə yazıb: "buyurun, baxın, gözəldir, estetikdir, gözqamaşdıran şəkillərdir. Bizim kökə müvafiq şəkillərdir". Jurnalist isə əlavə edib ki, cəmiyyət, nədənsə, sadəliyi özündən uzaqlaşdırmaq istəyir, təmtəraqlı həyata üstünlük verir.

Nəsib

Oxşar xəbərlər