Bunu hərbi ekspert Üzeyir Cəfərli məsələ ilə bağlı “ARB24”-ə açıqlamasında söyləyib. Hərbi ekspert deyib ki, o aksiyaların fonunda dünən bizim sərhəd xidmətinin nümayiş etdirdiyi görüntülər, düşünürəm ki, Ermənistan həm ictimaiyyətinə, həm Baqrata, həm də onu kənardan dəstəkləyən qüvvələrə çox yaxşı bir cavab idi. Bağanis Ayrımdan, Aşağı Əskiparadan, Xeyrimlidən və Qızıl hacılıdan bizim qəhrəman Dövlər Sərhəd Xidmətinin əsgərlərinin görüntülərini, xidmət aparmaları bir növ bu aksiyaya bir cavab idi”.
Üzüyir Cəfərov daha sonra əlavə edib ki, yadınıza gəlirsə, o kəndlərlə bağlı çox danışırdılar ki, biz imkan verməyəcəyik, orda delimitasiya prosesinə mane olacayıq. Amma həmin o proseslər uğurla yekunlaşdı. Həmin ərazilərdə artıq Azərbaycanın üç rəngli bayrağı dalğalanır: “İndi söhbət növbəti 3 yaşayış məntəqəsəindən gedir. Baqrat da bir görüntü fon yaratmaq istəyir ki, guya onlar buna mane olacaqlar. Amma nəticənin olacağını düşünmürəm. Gələn ay, iyul ayının ortalarına, hər halda 20-25 arası təxmin edirəm. Ermənistan həmin o 3 yaşayış məntəqəsi ilə bağlı da, o cümlədən Kərki ilə də bağlı Azərbaycana müsbət cavab verməlidir. Azərbaycanın təkliflərinə Ermənistan indi öz münasibətini, fikirlərini bildirib, lakin biz istəyən kimi olacaq. Yəni Azərbaycan tərəfi Ermənistan qarşısında konkret şərtlə irəli sürüb və bu şərtlər Ermənistan tərəfindən, düzdür, bəzi hallarda anlaşılmazlıqla qəbul olunsa da, bir çox hallarda buna müqavimət göstərilir, etirazlarını bildirilər həmin bu aksiyalar şəklində”.
Hərbi ekspert daha sonra əlavə edib ki, mənə belə gəlir ki, 9 iyun bu Baqratın sonuncu mitinqi olacaq: “Baxın, özü də dilə gətirir ki, guya Ermənistan rəhbərliyi Paşinyana və onun komandasına eyham vurur ki, nədən qorxursunuz, nədən narahatsınız. Paşinyanın indiyə qədər bunun tədbirləri ilə bağlı, etiraz aksiyaları ilə bağlı, həm İrəvan küçələrində guya hərəkətin iflic edilməsi, həm Paşinyanın rezidensiyasının qarşısının alınması və digərləri hər hansı bir nəticəyə gətirmədiyi kimi, düşünürəm ki, elə 9 iyunda da bunlar bu proseslə yekunlaşacaqlar. 9 iyun saat 18.30-da İrəvan vaxtilə bu mitinq sonuncu və geniş mintinq, etiraz aksiyası təyin eləyib. Düşünürəm ki, məndən əvvəl də “ARB-24”-ün qonağı olan hörmətli Fuad bəy və digər dostlarımız da çox doğru, düzgün yanaşma sərgiləyirlər ki, bu aksiyada Ermənistanda hər hansı bir dəstəyi qazanmayacaq. Olsaydı indiyə qədər buna dəstək olardı. Amma yenə də Baqrat kənardan aldığı maliyyə, bir də ki, özünün bir reklamı çərçivəsində bu aksiyaları bu şəkildə yekunlaşdıracaq. Düşünürəm ki, iyunun ortalarına İrəvanda artıq etiraz aksiyalarına ehtiyac qalmayacaq. Artıq yay aylarıdır, insanlar da bu aksiyalardan bezib. Bu aksiyaların bir xeyri və ya nəticəsi olsaydı, Mənə elə gəlir ki, İrəvandan buna çox güclü dəstək olardı. Belə bir dəstək yoxdur və bundan sonra da olacağını düşünmürəm”,- deyə Ü.Cəfərov fikrini tamamlayıb.
Tahirə AĞAMİRZƏ