21.11.2024, 23:43
AZ EN
26.07.2024, 08:14 251

Müharibədə məğlub olan ölkənin sürətlə silahlandırılmasına qalib ölkə dözə bilməz

YAZILAR
  • "Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın təxribatları və bu ölkəni silahlandıranlarla bağlı son sərt bəyanatı baş nazir Nikol Paşinyanı və onun hökumət üzvlərini düşündürməlidir".

Bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, müharibələrdə məğlub olan dövlətlər qalib dövlətlərin şərtlərini qəbul etmək məcburiyyətindədirlər, yaxın və uzaq keçmişin müharibə nəticələri də bundan xəbər verir: "Birinci Dünya Müharibəsi 3 böyük imperiyanın dağılmasına səbəb oldu, çünki üçü də məğlub olmuşdu. İkinci Dünya Müharibəsinin nəticəsində qalib ölkələr Almaniyanı müxtəlif parçalara böldülər, Yaponiyanı məğlub edən ABŞ bu ölkənin Konstitusiyasını özü yazdı. Azərbaycanın da qalib ölkə kimi şərtlər irəli sürmək hüququ var. Azərbaycan qalib ölkə olmasına rəğmən, Ermənistana sadə tələblər irəli sürüb: 1. Silahlanmanı durdur və sərhəddə təxribatlara son qoy; 2. Azərbaycana ərazi iddiasını ehtiva edən Konstitusiyanı dəyişdir. Bu ikisi yerinə yetirilməyənə qədər bölgədə vəziyyətin normallaşacağını söyləmək çətindir.

Müharibədə məğlub olan ölkənin sürətlə silahlandırılmasına qalib ölkə dözə bilməz",- deyə E.Şahinoğlu vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər