12.03.2025, 08:27
AZ EN
13.02.2025, 08:50 244

Ermənistan bu gün də Azərbaycanı "antisülh" mövqeyində ittiham edir

YAZILAR
  • "Biz Ermənistanın Azərbaycana qarşı siyasətində bir autizm simulyasiya diplomatiyası müşahidə edirik. Autizm simulyasiya müxtəlif müstəvilərdə manipulyasiyalar edərək, yenidən eyni yerə qayıtmaqdır. Yəni beş ildir Ermənistan ən müxtəlif platformalarda guya sülhdən danışır, amma yenə də eyni yerə qayıdır və qayıtdığı yer də müharibəyə hazırlaşmasıdır".

Bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. 

Onun sözlərinə görə, Ermənistan bu gün də Azərbaycanı "antisülh" mövqeyində ittiham edir, halbuki bu siyasətdən çıxış edən İrəvanın özü və onun tərəfdarlarıdır:

"Belə olan halda əlbəttə ki, Azərbaycana qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur və nəticə etibarilə ortada faktlar var. Məsələn, Ermənistan sürətlə necə silahlanır? 2021-ci ildə 600 milyon dollarlıq hərbi büdcəsini 2024-cü ildə 1 milyard 700 milyon dollardan yuxarı qaldırıb və hamının gözünün qabağında tərəfdarlarının köməyi ilə ciddi şəkildə müharibəyə hazırlaşır. Hətta elə günü bu gün, Paşinyan bu bəyanatı verən zaman onun müdafiə naziri Suren Papikyan Hindistanda keçirilən sərgidə iştirak edir, daha ağır uzaqmənzilli hücum silahları almaqla bağlı müqavilələr imzalayır. Ona görə də düşünürəm ki, bu gedişin sonu daha böyük gərginliyə gətirib çıxaracaq, hətta real müharibə riskləri yaradacaq".

"Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayan zaman, Ermənistanın hərbi cinayətkar liderləri Koçaryan və Sarqsyan avropalı tərəfdaşlarının yanında öyünür və "Azərbaycana bir ağır faciəni unutdurmaq üçün bundan daha ağır faciə yaşatdıq" deyirdilər. Ona görə də biz Azərbaycan olaraq indiki gerçəkliyi Ermənistana qəbul etdirmək üçün daha sərt bir reallıq yaratmalıyıq ki, bugünkü vəziyyəti sevə-sevə qəbul etsinlər. Daha sərt reallıq nədir? "Dəmir yumruq" unudulmamalıdır", - deyə deputat fikrini yekunlaşdırıb.

Günel Quliyeva

Oxşar xəbərlər