Bu fikirləri ARB24-ə açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov Ermənistan parlamentində baş verən proseslərə münasibət bildirərkən deyib.
Politoloq bildirib ki, N.Paşinyan çox gözəl anlayır ki, bu dönəm, yəni hazırkı mərhələdə baş verən bu proseslərdən Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri yəni gələn ilin iyul ayı, təxminən 11 aylıq bir müddət ərzində N.Paşinyanın son şanslarıdır ki, o hakimiyyətini bərkitsin və yenidən palament seçkilərində qalbi gəlsin: “Təbii ki, bu heç də asan olmayacaq, indiki hadisələr də onu göstərir. Eyni zamanda müxalifət də çox gözəl anlayır ki, onların da son şansıdır. Ermənistanda baş verən bu proseslər əgər hazırkı müxalifətin, söhbət o müxalifətdən gedir ki, adı “müqəddəs mübarizə” ola bilər və s. o hakimiyyət uğrunda mübarizənin pərdə önündə olan səhnəsidir. Pərdə arxasında hansı amansız mübarizə gedir, təbii ki, onları göstərmirlər. Onların göstərilməməsinin əsas səbəbi odur ki, N.Paşinyan bu prosesləri çox konfidensal şəraitdə həyata keçirir və addım atmaq məqamı gələndə hansısa bir addım atır, hansısa keçmiş məmuru cəzalandırır, həbsə atır. Elə o kilsəyə hücumun təşkil edilməsi də sadə bir proses deyildi və ya əhəmiyyətsiz proses deyildi. Düşünürəm ki, getdikcə bu xuatik proseslər geniş vüssət alacaq Ermənistan daxilində və Ermənistanda hakimiyyət uğrunda mübarizənin gələn ilin əvvəllərində daha da yüksək fazaya keçdiyinin şahidi olacayıq. Bu mübarizədə iştirak edən müxalifətçilər çox gözəl anlayırlar ki, N.Paşinyan bu dəfə qalib gəlsə, artıq nəinki onları, ümumiyyətlə, Rusiyanın Ermənistandakı bütün izlərini silib-süpürəcək”.
Tahirə AĞAMİRZƏ