Bunu İTV-yə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O, bildirib ki, biz tarixi torpaqlarımızda, tarixi torpaq ifadəsini bilirsiniz ki, hansı zəmində və nə üçün işlədirik. Bizim kimsəyə qarşı ərazi iddialarımız yoxdur, amma Ermənistan bəzi məsələləri daha korrekt addımlarla, praqmatik addımlarla atılmalı olduğunu başa düşməlidir: “Yəni Ermənistan nəzərə almalıdır ki, bugünkü reallıqda qonşuların, xüsusən də Ermənistan kimi suveren olmayan dövlət qonşuların maraqlarına toxunan addımlarla özünün vəziyyətini dərinləşdirəcək”. Millət vəkili daha sonra vurğulayıb ki, cənab Prezident bu yaxınlarda Xankəndidə Şuşa III Media Forumunda məsələ ilə bağlı kifayət qədər aydın fikirlər səsləndirdi: “Əgər Ermənistan Zəngəzur dəhlizi ilə bağlı mövcud mövqeyini qoruyarsa, yəni Zəngəzur dəhlizini ləngidərsə (istənilən yolla ləngitməkdən söhbət gedir), Ermənistan yalnız özünü siyasi dalanda saxlamayacxaq, eyni zamanda yalnız nəqliyyat kommunikasiya dalanında saxlamayacaq, həm də siyasi dalana salmış olacaq. Bu isə indiki məqamda Ermənistanın ən az arzuladığı şey oolmalıdır. Ermənistan bütövlükdə iri kommunikasiyalardan kənarda qalmış, yalnız vədlərə, diaspora və ya ayrı-ayrı beynəlxalq “donorlara”, imperialist niyyətlər güdən güclərin təsiri altında olan subyektə çevrilir. O, özü mstəqil şəkildə Azərbaycanla Türkiyə ilə əlaqələr qurmadıqca və Azərbaycanın təklif etdiyi layihələrə qoşulmadıqca, elə dalan dövlət olaraq, əlaltı, himayədə, daim kömək axtaran bir “subyekt” olaraq da qalmalı olacaq”.
Tahirə AĞAMİRZƏ