10.10.2024, 13:58
AZ EN
12.09.2024, 17:20 166

Tural İsmayılov: “USAİD-in Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox artırması təhlükəli planların xəbərçisidir”

YAZILAR
  • ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Ermənistana maliyyə yardımının həcmini iki dəfə artıraraq 250 milyon dollara çatdıracaq.

Azərbaycanın torpaqları 30 iş işğal altında qalanda  Amerika Birləşmiş Ştatları Azərbayanın ərazi bütövlüyünün və sərhəd toxunulmazlığını hazırda Ermənistanın sərhəd toxunulmazlığı qədər xatırlamırdı...

“Amerikanın USAİD Fondu və onun rəhbəri Samanta Pauer artıq son bir il ərzində dəfələrlə Ermənistana səfərlər edib”.

Bu sözləri politoloq Tural İsmayılov açıqlamasında deyib.

O, vurğulayıb ki, bu gün daha çox qlobal imperializmin rəngli inqilab ssenarilərinin müəllifi kimi tanınan USAİD Fondunun Ermənistana etdiyi maliyyə yardımını iki dəfə artırması təhlükəli planların xəbərçisidir: “Əslində Qərb imperializmi birbaşa Ermənistan əraziləri üzərindən Cənubi Qafqazda yenidən çaxnaşma yaratmağa çalışır. USAİD-in bundan əvvəlki fəaliyyəti və ümumiyyətlə, maliyyələşdirmə mexanizmlərinin məqsədlərini nəzərə aldıqda, bu təhlükəli tendensiyanın və planın gedişini daha aydın görmək olur. Ermənistan USAİD üçün hansısa bir əhəmiyyətə malik ölkə deyil və eyni zamanda Amerika birləşmiş Ştatları da Ermənistanın hansısa sərvətlərinə göz dikmiş bir vəziyyətdə görünmür. Daha çox Ermənistanı özünün plastarmına çevirmək cəhdlərindən burda söhbət gedir. Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyası adı altındakı casus şəbəkəsinin fəaliyyəti ilə paralel tandemdə USAİD-in Ermənistana  etdiyi maliyyə yardımının həcmini iki dəfədən çox artırması bu təhlükəli tendensiyaları və planlarını növbəti dəfə ortaya qoymuş olur”, - deyə politoloq vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər