08.09.2024, 05:45
AZ EN
12.07.2024, 11:14 256

Prezident İlham Əliyevin bu səfərindən sonra Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığında xüsusi dinamizm müşahidə olunacaq

YAZILAR
  • “Azərbaycan Prezidenti cənab İlham Əliyev Pakistanla Azərbaycan arasında münasibətlərin inkişafına xüsusi diqqət yetirir. Pakistanda  Azərbaycan rəhbərinə xüsusi  ehtiram və hörmət mövcuddur. Elə Azərbaycan Prezidenti cənab İlham Əliyev Pakistan ərazisinə daxil olan zaman Pakistan Hərbi Hava Qüvvələrinin  qırıcı təyyarələri onu qarşılaması, salamlaması, müşaiyət etməsi bir daha ona dəlalət edir ki,  həqiqətən də Pakistanda Azərbaycan Prezidentinə olduqca böyük hörmət var”.

Bunu Elşad Mirbəşiroğlu ATV-yə açıqlamasında deyib.

           Eyni zamanda qeyd etmək yerinə düşər ki, ölkələrimiz arasında  humanitar, ictimai, hərbi sahələdəki əlaqlər də yüksək səviyəyə çatıb. Məsələn,  Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi silsilə humanitar tədbirlər çərçivəsində Kəşmirin Müzəffərabad şəhərində “Qızlar məktəbi” inşa edilib. Bu ölkənin Xayver Paxtonfa əyalətində HepatetB virisuna qarşı peyvəndləşdirmə işləri aparılıb. Bütün bu faktlar əlaqələrin dərin mahiyyətindən xəbər verir. Pakistan-Azərbaycan əlqələrində mühüm istiqamətlərdən biri də  iqtisadi münasibətlərdir.

E.Mirbəşiroğlu daha sonra əlavə edib ki, son dövrlərdə Azərbaycanın daha çox böyük əhəmiyyət verdiyi nəqliyyat logistika sistemlərinin inkişaf etdirilməsi həm də Pakistanın maraqlarna cavab verir: ”Pakistan şirkətləri Azərbaycan  iqtisadiyyatında fəallıq nümaiyş etdirməkdədir və onlar həmçinin işğaldan azad etdiyimiz ərazilərdə bərpa-quruculuq işlərində də  iştirak etmək arzularını bildiriblər. Bu baxımdan hesab edirəm ki,  Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu səfərindən sonra Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığında xüsusi dinamizm müşahidə olunacaq”.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi və  antiterror tədbirləri ilə Azərbaycanın öz suverenliyini bərpa etməsi Cənubi Qafqaz regionunda  yeni əməkdaşlıq imkanları açdı. Bu  əməkdaşlıq həm çoxtərəfli, həm də  ikitərəfli əlaqələrin dərinləşməsinə şərait yaradır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər