Göyçənin Azad kəndi ərazisində gecə yatdıqları zaman yanıb külə dönən erməni əsgərlərinin valideynləri və doğmaları yenə etiraz aksiyası keçirirlər. Onlar müdafiə nazirliyinin binasının önünə toplaşaraq ictimaiyyətə yanlış məlumat verildiyini, iki zabitdən başqa digərləri barədə həbs qətiimkan tədbiri seçilmədiyini bildiriblər. Sözügedən xəbəri "Hraparak"ın bu günkü buraxılışında yayan müxbir Karen Martirosyan aksiya iştirakçıları ilə görüşüb və onların fikirlərini öyrənib. Onlardan biri belə deyib: "Müdafiə naziri indiyədək niyə istefa verməyib? Onun abır-həyası varmı? Yoxdur, olsaydı, indiyədək bir az adamlıq edib istefa verərdi.Biz 18 il uşaq saxladıq ki,bizim uşaqları tabutda təhvil versinlər? Nazirlikdən tələb edirəm ki,uşağımı xidmətə necə vermişəm, elə də qaytarsın. Qaytara bilmirsə, qoy özü gəbərsin".
Onlara populist sözlər deyil, övladları gərək olduğunu vurğulayan valideynlər aksiyanı sonadək davam etdirəçlərini bildirirlər.
Nəsib Qaramanlı