23.12.2024, 01:37
AZ EN
13.06.2023, 15:36 361

Daşnaklar daha da zəifləyib

YAZILAR

Xəbər verdiyimiz kimi iyunun 9-12-də "Daşnaksütyun" partiyasının Ermənistandakı qanadı ali şurasının özünün 26-cı iclasını keçirərkən həm də yerli rəhbər heyəti seçib. Sabiq vitse-spiker İşxan Sağatelyanın yerli daşnakların rəhbəri seçildikdən sonra iqtidara qarşı etiraz aksiyaları keçirib onun istefasına nail olacaqlarını bildirməsi hakimiyyətin, belə demək olarsa, vecinə də deyil. Ermənustan parlamentin sədri Alen Simonyan bu gün fasilə zamanı jurnalistin sözügedən hədə ilə bağlı sualını cavablandırarkən deyib ki, İşxanı yaxşı tanıyır və daşnakların qabiliyyətinə də bələddir. Onlar uzun müddət aksiya keçirsələr də sosial baza səbəbindən yenə məzlum duruma düşdülər. Hətta Robert Koçaryan da İşxanı və komandasını bitmiş hesab edir.

Spiker daha sonra deyib: "Biz erməni xalqının uzaqgörən olduğunu bilirik. Biz izah etdikcə xalq başa düşür, biz isə rahatıq. İşxangil nə istəyirlər, qoy desinlər. Heç nə dəyişməyəcək. Hər şey göz önündədir. Onlar( daşnaklar- N.Q) get-gedə tükənirlər".

N.Qaramanlı

Oxşar xəbərlər