28.03.2024, 12:47
AZ EN
01.02.2023, 17:35 289

Hakimiyyət əsgərə hörmət etmir

YAZILAR

Yanvarın 19-da Göyçənin Azad  kəndində yerləşən hərbi hissədə baş vermiş yanğın hadisəsi zamanı 15 erməni əsgərinin yanaraq külə dönmələri ilə bağlı yenə də müxtəlif fikirlər səslənməkdədir. Hərbi hissənin arxa cəbhə üzrə komandir müavini bu hadisə ilə əlaqədar həbs olunub İrəvana gətirilsə də ölənlərin doğmaları daha çox zabitin məsuliyyətə cəlb edilməsi üçün müxtəlif üsullardan istifadə etməkdədir. Yanvarın 28-də ordu günündə N.Paşinyanın "Yerablur" hərbi məzarlığında olarkən əsgər  valideynlərinin onunla görüşməməsi üçün polislərdən ibarət  "canlı divar" yaradılması isə daha çox adamın narazılığına səbəb olub. Bu barədə xəbərlər fevralın ilk günündə də yayılmaqdadır. "Vətəndaş  müqaviləsi" partiyasından deputat Armen Xaçatryan jurnalistin 15 əsgərin faciəli  ölümündən sonra iqtidarın niyə matəm günü keçirmədiyi ilə bağlı sualını belə cavablandırıb ki, Ermənistan hazırda hibrid müharibə şəraitində yaşayan ölkədir. Ona görə də matəm günü elan etmək məqbul sayılmır. Deputatın cavabından jurnalistlər də narazı qalıb və onlar bildiriblər ki, hakimiyyət nə diri, nə də ölmüş hərbçilərinə hörmət etmir. Müdafiə naziri Suren Papikyanın bütün hərbi hissələrə baş çəkməyə başlaması isə görüntüdən başqa bir şey deyil.

N.Qaramanlı

Oxşar xəbərlər