25.01.2026, 02:52
AZ EN
21.01.2026, 11:56 312

Azərbaycanın sülh quruculuğuna verilən yüksək dəyər

YAZILAR
  • Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zeyid Fondu 2026-cı il üçün "Zayed İnsan Qardaşlığı Mükafatı" qalibləri sırasında yer alıb. Bu mükafat Azərbaycanın təkcə qalib dövlət deyil, eyni zamanda sülh qurucusu kimi qəbul edildiyini təsdiqləyir. 

Dünyada sülhə, qarşılıqlı anlayışa və birgə yaşayışa töhfə verən liderlərə təqdim olunan bu nüfuzlu mükafata Prezident İlham Əliyevin layiq görülməsi Azərbaycanın regional və qlobal miqyasda sülh gündəliyinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsini göstərir.  Sülh prosesində mühüm mərhələlərdən biri də 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən görüş oldu ki, bu görüş Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tam və şərtsiz tanınması ilə yadda qaldı.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynovun sözlərinə görə, "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdim olunması da Azərbaycanın uğurlarına verilən qiymətdir: "Dövlət başçımızın humanist siyasətidir. Ədalətli siyasətin dəyərləndirilməsidir. Hesab edirəm ki, bu ədalətli yanaşmadır. 8 avqust Vaşinqton görüşündən sonra bölgədə tamamilə yeni bir reallıq yaranıb. Revanşist niyyətlərə, istəklərə birdəfəlik son qoyulub. Bu, bölgədə çirkin, eləcə də dağıdıcı siyasətin üstündən birdəfəlik xətt çəkilib". 
Tarix göstərir ki, hərbi qələbə qazanmaq mümkün olsa da, onu uzun müddət sülhə çevirmək nadir məharət tələb edir. Azərbaycan 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirləri nəticəsində beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdi. Lakin bununla kifayətlənməyərək regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırdı. Zəfərdən sonra həyata keçirilən bərpa-quruculuq işləri, Böyük Qayıdış proqramı hərbi qələbənin mülki inkişaf və sosial rifaha çevrilməsinin real nümunəsidir. Azərbaycan qalib dövlət olaraq revanşizm deyil, sülh və əməkdaşlıq yolu seçdi.
Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər