Ekspertlər hesab edir ki, Ermənistanın müharibəyə hazırlıq istiqamətində atdığı addımlar sülh ritorikası ilə üst-üstə düşmür. Silah alınması çərçivəsində Ermənistan Hindistandan “Atak” suabitsiyaları, M 155 özüyeriyən artileriyya sistemləri, “Pinaka” reaktiv yaylım atəş sistemləri də alıb. Bu silahların bir çoxu real döyüş şəraitində sınaqdan keçmədiyi üçün onların effektliyi ilə bağlı suallar qalmaqdadır.
Ermənistanın müdafiə naziri Suren Papikyanın Almaniyaya səfəri də siyasi dairələrdə müzakirə mövzusuna çevrilib. Analitiklər bu səfəri Ermənistanın yeni hərbi müttəfiqlər axtarışı kontekstində qiymətləndirir və bunun sülh prosesinə zidd olduğunu bildirirlər.
“Ermənistanın xarici işlər naziri, müdafiə naziri zaman-zaman xaricə səfərləri zamanı çalışırlar ki, yeni hərbi silah-sursat və texnika əldə etsinlər”.
Bu sözləri politoloq İlyas Hüseynov məsələyə münasibət bildirərkən ARB24-ə açıqlamasında deyib. Politoloq əlavə edib ki, bu gün Ermənistanın əsas silah təchizatçılarından biri də Hindistan çıxış edir və donmuş razılaşmalara görə növbəti partiya silahların Ermənistana verilməsi planlaşdırılır. Bu xüsusda Azərbaycanın tələbi dəyişməz olaraq qalır. Bu da Ermənistana ötürülən silahların geri çağırılması və hərbsizləşdirmə siyasətinin icrasıdır”.
Azərbaycan isə Ermənistanın silahlanma fəaliyyətini diqqətlə izlədiyini və müvafiq tədbirlər gördüyünü bəyan edir. Rəsmi məlumatlara görə, Azərbaycan ordusunun arsenalında yer alan yüksək dəqiqliyə malik müasir raket sistemləri Ermənistanın əldə etdiyi silahları zərərsizləşdirmək imkanına malikdir.
Tahirə AĞAMİRZƏ