21.11.2024, 23:47
AZ EN
06.03.2024, 09:48 311

Avropa Palamenti bu cür yanaşmalarından, bu cür düşüncələrdən çəkinməlidir

YAZILAR
  • Bir tərəfdə Avropanın reinteqrasiya adı altında həyata keçirdiyi siyasət, digər tərəfdə isə Azərbaycanın Qarabağda həyata keçirdiyi reintqrasiya planı. O zaman bu qətnamə nəyin qərəzidir? Qətnamədə yer alan gülünc fikirlər və reallığa uyğun olmayan ehtimallar bir daha göstərir ki, Avropa Parlamenti Azərbaycana qarşı diplomatik hücumunu davam etdirir. Əslində bu da yersiz deyil. Çünki  ölkəmizin torpaqlarını işğaldan azad etməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi bəzi dairələri qıcıqlandırır və onlar Azərbaycanın bu qələbəsini hələ də həzm edə bilmirlər.

“Düşünürəm ki, Azərbaycana qarşı olan bu münasibət həm də Avropa İttifaqı ilə Azərbaycan arasında olan münasibətləri zədələyir. Biz görürük ki, Avropa Parlamentində təmsil olunan şəxslər Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji müttəfiqliyə də zərbə vurmağa çalışırlar. Bu gün Rusiya-Ukrayna müharibəsi fonunda Avropa məkanının enerji daşıyıcılarından böyük asılılığı vardır. Böyük tələbat hiss olunmaqdadır. Hətta Avropa Komissiyasının rəhbəri Ursula Fon der Leyen Azərbaycana səfəri çərçivəsində enerji həcmlərinin iki dəfə artırılmasına dair də saziş imzalandı. Belə görünür ki, Avropanın ümumi siayasi vizyonuna qarşı Avropa parlamentində təmsil olunan bəzi şəxslər çıxış edirlər. Bu da, əlbəttə ki, qəbulolunmazdır”.

Bunu politoloq İlyas Hüseynov məsələyə münasibət bildirərkən açıqlayıb. Politoloq qeyd edib ki, digər tərəfdən Azərbaycanın düşünülmüş, uzaqgörən və  praqmatiq siyasəti vardır: “Bu siyasət uzun illərə hesablanıb bərabər hüquqlu əməkdaşlığı özündə birləşdirir. Qarşılıqlı, faydalı tərəfdaşlığa dair bizim ümumi fikrimiz vardır. Ona görə də Avropa Parlamentində ölkəmizə qarşı bəyanatın qəbul olunması, əslində heç bir hüquqi əhəmiyyət daşımır, kağız parçasından başqa bir şey deyil. Lakin istənilən halda Bakı ilə Brüssel arasında olan münasibətləri də zədələməyə meyillidir. Münasibətlərimizi ümumilikdə kölgə altına salır. Düşünürəm ki, Avropa Palamenti bu cür yanaşmalarından, bu cür düşüncələrdən və norativlərdən çəkinməlidir”.

Məsələ burasındadır ki, diplomatik sanksiya və təhdid hədələrini bəhanə etmək üçün isə Qərb yenə də ucuz yola əl ataraq ermənilərdən istifadə edir. Bu istiqamətdə rəsmi Bakıya qarşı iki əsas ittiham irəli sürdü. Birincisi, Azərbaycanın guya erməni sakinlərinə qarşı təzyiq göstərməsi, onların bölgəni tərk etməsilə bağlıdır. Halbuki, ötən ilin  sentyabr ayında həyata keçirilən lokal antiterror tədbirləri zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyaya humanizm dərsi verdi. Antiterror zamanı sakinlərə heç bir zərər verilmədi. Əksinə  onların qida və geyim ehtiyacları təmin edildi. Erməni sakinlərinin Qarabağı könüllü şəkildə tərk etməsi bütün dünyanın gözü qarşısında, şəffaf şəkildə baş verdi. Hətta özləri də bunu etiraf edirlər. Belə olan halda avropalı siyasətçilər yenə də gülünc fikirlərindən əl çəkmirlər. Qətnamədə digər absurd iddia isə Azərbaycanın guya Ermənistana hücuma hazırlaşması ilə bağlıdır. Artıq bir neçə aydır ki, yayılan bu dezinformasiyanı Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel iç üzlərini bəlli edərək aktiv şəkildə yayırlar. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev alman iqtisadiyyatının şef komitəsinin sədri Mixail Harmsı qəbul edərkən bu məsələlərə münasibət bildirmişdir: “Ukraynanı götürək, Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Almaniya və digər ölkələr Ukraynaya silahlar göndərir. Siz hamınız bəyan edirsiniz ki, Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir.  Bəs bizim ərazi bütövlüyümüz? Məgər bu məsələ Ukrayna məsələsindən daha az önəmlidir? Əfsuslar olsun ki, biz Cənubi Qafqazda  ayrıcı xətlərin qurulması cəhdlərini görürük”, - deyən Prezident əslində bütün Avropaya sual ünvanladı. Dövlət başçısı Azərbaycanın guya Ermənistana hücum etməsi barətə reallığa uyğun olmayan iddialara da konkret cavab verdi: “Borel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun açı nəticələrini görəcək. Əvvəla, Borel bu məlumatı hardan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır. Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun uydurmalarıdır. Bütün bunlar Fransanın gura Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demanizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir”.

Bəli, əslində Prezident ölcədən Avropa Parlamentinin qərəzli qətnaməsinə cavab verib və absurd tezislərini darmadağın edib. Bütün bunlardan sonra qətnamənin qəbul edilməsi bu addımın öncədən verilmiş qərar olduğunu üzə çıxarır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər