Ekspertlər məsələyə münasibətlərini açıqlamalarında şəhr ediblər.
Millət vəkili, Arzu Nağıyev:
-Ermənistan ciddi iqtisadi-siyasi və hərbi baxımdan addımlar atmalıdır. Onlar bu addımları atsa, düşünürəm ki, sülh də bərqərar olar. bir daha qeyd edirəm ki, biz diqtə edən tərəfik, qalib tərəfik. Ortada sənədlər var, ortada görüşlər var. Delimitasiya, demarkasiya olunmuş təxminən 13 kilometr ərazi, bundan sonra 5 yüz kilometr də var və buna görə də Ermənistan o addımları atmalıdır. Azərbaycan-Ermənistan sərhədində erməni tərəfdən Avropanın viziual kəşfiyyatçıları yerləşdirilir. Eyni zamanda silah-sursat yerləşdirilir.Təhlükəsizliklə bağlı müdafiə təhlükəsizlik büdcəsi 1,7 milyard dollardan çoxdur. Lakin burda Avropadan və digər istiqamətdən alınan silahların qiyməti göstərilmir. Yəni bu məsələ mütləq şəkildə onu göstərir ki, sülhün bərqərar olması istiqamətində Ermənistan tərəfi ciddi addım atmaq istəmirlər.
Fransa və Hindistan kimi ölkələrdən hücum silahlarının alınması, atəşkəs rejiminin Ermənistan tərəfindən tez-tez pozulması İrəvanın sülh istəməsindən çox, revanş haqqında düşünməsindən xəbər verir.
Millət vəkili, Elman Nəsirov:
-Ermənistanın baş nazirinin son davranışları və son çıxışları belə qənaətə gəlməyə əsas verir ki, cənab Prezidentin irəli sürdüyü bu məsələlərlə də bağlı qarşı tərəfin mövqeyində yumuşalma var və hətta COB29-a qədər Ermənistan-Azərbaycan arasıında sülh müqaviləsinin imzalanacağına inam hasil olmuşdur. Əslində Ermənistanın siyasi rəhbərliyi müstəqil mövqeyə malik deyil. Ona hansı təlimat verilirsə və xüsusilə də Fransadan hansı məlumat gəlirsə, onun əsasında fəaliyyət göstərir”.
Elman Nəsirov daha sonra əlavə edib ki, bu silah sərgiyə qoyulmaq üçün deyil. Bu silahın bir gün tətbiqi olmalıdır. Bir gün tətbiq olmadısa, bu, artıq üçüncü Qarabağ müharibəsi deməkdir: “Ermənistan doğrudanmı növbəti biabırçı məğlubiyyət istəyir? Faciəvi bir məğlubiyyət istəyir?
Gör kiminlə, hansı dövlətlə onlar silah yarışına girmək istəyir.
Qeyd edək ki, Avropa İttifaqının müşahidə missiyasının hələ də ərazidə olması, Ermənistan baş nazirinin bu gün verdiyi vədləri sabah özünün təkzib etməsi İərəvanın sülhdə maraqlı olmadığının göstəricisidir. Heç şübhəsiz ki, sülh də daha çox elə Ermənistana lazımdır. Odur ki, yaşamaq və məhv olmaq istiqamətində seçimi də İrəvan etməlidir.
Tahirə AĞAMİRZƏ