22.11.2024, 02:38
AZ EN
18.05.2023, 12:10 323

Ermənilər yeni ssenari üzrə işləyirlər

YAZILAR
  • Hakim partiyanın deputatı Hakop Aslanyan "Hraparak"ın müxbiri Lusine Şahverdiyanın suallarını cavablandırarkən bildirib ki, Azərbaycanın 86 min 6 yüz kv.km ərazi bütövlüyünün tanınması barədə açıqlama verilməsi indiki reallıqla düzgün addımdır.

Müxbirin bu mövqe ilə razılaşmadığını isə düzgün hesab etməyən deputat, əlavə edib ki, gələcəkdə Kosovo variantının baş tutacağına inanır və ona görə də Ermənistanla Azərbaycanın bir-birinin ərazi bütövlüyünü rəsmən tanıması vacibdir.

"Biz arsaxı Azərbaycanın bir hissəsi kimi tanımırıq, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq", - deyə deputat belə bir sərsəm fikir də deyib: "Təbii, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, amma bundan dərhal sonra beynəlxalq ictimaiyyət bu xalqın özünütəyin hüququ barədə biləcək və başa düşəcək ki......təsdiq etmək lazımdır"

Rusiyanın 30 ildə "özünütəyinlə" bağlı dəstəkçi olmadığını və ona görə də Qərbə üz tutmaqla səhv etmədiklərini bildirən H.Aslanyan müxbiri hər vəchlə inandırmağa çalışıb ki,Paşinyan hakimiyyəti yeni proqram üzərində iş aparır və bu,həyata keçirildiyi təqdirdə bütün ermənilər sevinəcək.

Bu isə bir daha göstərir ki, ermənilərə son və daha ağır yumruq vurulmasa, siyasi hoqqalardan əl çəkməyəcəklər.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR