- “Lurer.com” informasiya agentliyinin oktyabr ayının 7-də yaydığı xəbərdən aydın olur ki, Qarabağdakı seperatçı, terrorçu ünsürlərin başçısı, hazırda Azərbaycan tərəfindən beynəlxalq axtarışda olan Araik Harutunyan Rusiya Federasiyasının prezidenti V,Putinə məktub göndərərək onu doğum günü ilə bağlı təbrik edib. Terrorçu yazıb ki, RF və şəxsən Putinin fədakarlığı nəticəsində Qarabağ münaqişəsi nizama salınıb. Putinə uzun ömür, cansağölığı arzulayan terrorçu ümidvar olduğunu bildirib ki, Putin bundan sonra da “arsax xalqı”nın yanında və bütün məsələlərin ədalətli həllində yardımçı olacaqdır.
Rusiya kimi böyük dövlətin başçısının, əlbəttə, separatçı, terrorçu, beynəlxalq axtarışda olan ünsürün təbrikinə ehtiyacı yoxdur. Amma unutmaq olmaz ki, aysberqin görünməyən tərəfi həmişə daha maraqlı və cəlbedici olub. Moskvanın Ukraynadakı bədnam “xüsusi əməliyyat”ını dəstəklədiyini və bu işdə ona uğurlar arzuladığını bildirən separatçı, xəstə təxəyyülü A.Harutyunyan unutmamalıdır ki, məhz onun özünün həbsi üçün nə vaxtsa mütləq Azərbaycanın xüsusi əməliyyatı keçiriləcəkdir.
Nəsib QARAMANLI