22.06.2025, 05:58
AZ EN
18.05.2023, 14:47 515

Equnçi Behanzin: “Erməni xalqına tövsiyyə edərdim ki, birbaşa Azərbaycan dövləti ilə təmasa girsinlər”

YAZILAR
  • “Fransa gəlib erməniləri xilas etməyəcək. Bu təbliğatdır və bu metodlar biz afrikalılara çox yaxşı tanışdır. Çünki bu metoddan artıq Afrikada xalqları bir-birinə qarşı qoymaq üçün istifadə edilir”. Bunu AZ.TV-nin qonağı olan afrikalı Equnçi Behanzin açıqlamasında səsləndirib. O, vurğulayıb ki, ermənilər bir məsələni də anlamalıdır: “ Fransa xilas edirəm, deyərək onlardan öz məqsədləri üçün istifadə edir. Fransa heç öz vətəndaşlarını xilas edə bilmir. Çünki Fransa artıq çürüməkdə olan dövlətdir. Hər şey Makronun siyasəti üçündür”.

Onun erməni xalqına tövsiyyəsi isə belə olub: “Erməni xalqına tövsiyyə edərdim ki, birbaşa Azərbaycan dövləti ilə təmasa girsinlər. Fransa kimi imperialist dövlət kənardan gəlib onların məsələsini həll etməyəcək.

Bu gün dünyada heç kim müharibə ömrünü istəmir. Müharibədə fayda yoxdur. Lakin ədalətli olmaq lazımdır. Biz ədalətin  tərəfindəyik. Azərbaycan haqlıdır. Çünki Azərbayan  xalqı illər boyu qırğınlara məruz qalıb.  Beynəlxalq ictimaiyyət Azərbaycan  xalqının köməyinə  gəlməyib.Bu gün Azərbaycan özünümüdafiə etmək hüququna malikdir və  başqalarına zəhərli vasitəçilik üçün şans vermək olmaz”, - deyə o vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər