Ədalət Verdiyev yazır:
"1983-cü ildən hazırlanmasına başlanan AKASH HHM kompleksləri indiyə qədər heç bir ölkəyə ixrac edilməyib. İlk xarici müştərisi Ermənistan olacaq bu komplekslər Hindistanın quru qoşunları üçün nəzərdə tutularaq hazırlanıb. Ümumilikdə quru qoşunlarına bu qısa mənzilli hava hücumundan müdafiə sistemlərində ən azı 4 alay dəsti lazımdır.
2015-ci ilin may ayından etibarən iki alay dəstinin məcburi tədarükü həyata keçirilib. İlk 4 il ərzində yalnız bir alay tam döyüş növbətçiliyindədir. İkinci alayın formalaşdırılmasından hələlik dəqiq məlumata rast gəlinmir.
Hindistan quru qoşunları AKASH hava hücumundan müdafiə sistemlərinin tədarükünə ilk gündən inadla müqavimət göstərib. Buna səbəb hava hədəflərinin ələ keçirilməsi zamanı kompleksin operativ reaksiya tələb olunan döyüş birləşmələrində istifadə üçün uyğun olmamasıdır. AKASH kompleksinin yerüstü elementləri, xüsusilə də üçölçülü "Rajendra" radarının yüksək radiolokasiya siqnalları sayəsində düşmən tərəfindən asanlıqla aşkar edilməsindən ibarətdir. Bununla belə, AKASH sisteminin əsas komponentlərinin Hindistanda istehsal olunması və milli müdafiə sənayesi ilə Müdafiə Nazirliyinin təzyiqləri səbəbindən quru qoşunlarının geri addım atması ilə nəticələndi.
Görünür, indi Hindistan quru qoşunları üçün daha uygun verisiyanı modernləşmə yolu ilə əldə etdiyinə görə daha zəif olan AKASH üçün Ermənistanın simasında ilk xarici müştərini tapıb".
Tahirə AĞAMİRZƏ