O, hərbi raket sınaqları ilə bağlı müzakirə zamanı bunu bildirib. "Mümkün istifadə üsullarını müəyyənləşdirmək və bu silahları silahlı qüvvələrimizə yerləşdirmək üçün infrastruktur hazırlamağa başlamaq lazımdır", - Rusiya lideri baş qərargah rəisi Valeri Gerasimova tapşırıq verib.
Putin həmçinin qeyd edib ki, dünyada nüvə enerjisi qurğusuna malik "Burevestnik" qanadlı raketinin analoqu yoxdur. "Mənim sənaye tərəfindən hesabatım var. Ümumilikdə Müdafiə Nazirliyinin qiymətləndirmələri məlumdur. Bu, dünyada heç kimin sahib olmadığı unikal məhsuldur", - o deyib. Report