"Azərbaycan tərəfi Rusiya məhsullarının Azərbaycan üzərindən Ermənistana tranziti üçün Azərbaycan dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqləyib. Bu baxımdan, biz çox maraqlı irəliləyişlər əldə etmişik. Rusiya Dəmir Yolları hazırda regional həmkarları ilə birlikdə bu daşımaların təşkili üzərində işləyir. Biz həmçinin bu yeni logistika marşrutunun hazırlanması üçün Kənd Təsərrüfatı Nazirliyinə müvafiq göstərişlər vermişik", - Overçuk qeyd edib. APA