27.10.2025, 04:12
AZ EN
26.10.2025, 07:00 30

ÜST antibiotiklərin təsirs göstərə bilmədiyi infeksiyaların sürətlə artması barədə xəbərdarlıq edib

XƏBƏRLƏR
  • Bütün dünyada xəstəxanalarda antibiotiklərin təsir göstərə bilmədiyi infeksiyalar sürətlə artır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni qlobal hesabatına görə, 2023-cü ildə laboratoriya tərəfindən təsdiqlənmiş hər altı bakterial infeksiyadan təxminən birinin standart preparatlarla müalicəsi  mümkün olmayıb.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında bildirilir ki, ekspertlər tədqiqatın nəticələrini “son dərəcə həyəcanlı” adlandırır və xəbərdarlıq edirlər ki, bu tendensiya davam edərsə, 2050-ci ilə qədər antibiotiklərin göstərə bilmədiyi infeksiyalardan ölüm hallarının sayı 70 faiz arta bilər.

Hesabata görə, 2018-2023-cü illərdə istifadə edilən antibiotiklərin 40 faizindən çoxu ən çox yayılmış infeksiyalara - qan, bağırsaq, sidik yolları və cinsi yolla keçən xəstəliklərə qarşı effektivliyini itirib.

ÜST 104 ölkədən 23 milyon bakterial infeksiya haqqında məlumat toplayıb. Təhlil göstərdi ki, ən ağır vəziyyət səhiyyə sistemlərində diaqnostika vasitələri, antibiotiklər və infeksiyaya nəzarət resurslarında çatışmazlıq olan aşağı və orta gəlirli ölkələrdədir.

“Bu nəticələr ciddi həyəcan doğurur. Antibiotiklərə qarşı müqavimət artmaqda davam etdiyinə görə, biz getdikcə daha effektiv müalicə üsullarının sadəcə olmadığı bir vəziyyətlə üzləşirik. Bu, infeksiyaların qarşısının alınması və nəzarətinin zəif olduğu, etibarlı diaqnostika və dərman vasitələrinə çıxışın məhdud olduğu ölkələrdə xüsusilə təhlükəlidir”, - deyə ÜST-nin Antimikrob preparatlara müqavimət Departamentinin direktoru d-r İvan Xutin bildirib.

ÜST-nin qiymətləndirmələrinə görə, Cənub-Şərqi Asiya və Şərqi Aralıq dənizində hər üç bakterial infeksiyadan biri, Afrika ölkələrində isə, təxminən, hər beşindən biri artıq antibiotiklərə qarşı dayanıqlıdır. Bununla belə, faktiki rəqəmlər daha yüksək ola bilər: bir çox ölkələrdə məlumatlar ilk növbədə ən ağır halların cəmləşdiyi böyük ixtisaslaşmış xəstəxanalardan daxil olur.

Oxşar xəbərlər