Türkiyəli nazir: Artıq dörd ildir Qarabağ səmalarında Zəfər səsi əks-səda verir
QARABAĞ
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu özünün rəsmi sosial media hesabında Füzuli Beynəlxalq Hava Limanının açılışının 4-cü ildönümü ilə bağlı təbrik mesajı paylaşıb.
Təbrik mesajında deyilir: “Bir millətin əzmi, iki liderin baxışı, bir torpağın dirçəlişi... Qarabağın dünyaya açılan qapısı – Füzuli Hava Limanı 4 yaşında. Artıq dörd ildir Qarabağ səmalarında qardaşlıq və Zəfər səsi əks-səda verir”.