20.04.2025, 10:38
AZ EN
24.11.2023, 11:41 338

Ağdamın inşasında Ağdamda istehsal edilən ağ daşlardan istifadə olunur

QARABAĞ
  • Ağdamda aparılan inşaat işlərində rayon ərazisindəki Şahbulaq yatağında istehsal edilən mişar daşlarından istifadə olunur.

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Övsət Həmidov bildirib ki, Ağdamda karxanaların istifadəsi nəticəsinə həm iş yerləri yaranır, həm də tikinti materialları yaxın məsafədən sahələrə daşınır: “Ağdam daşından istifadə edilməsi məsrəflərin azalması deməkdir. Ağdam daşının keyfiyyət göstəriciləri də digər daşların keyfiyyət göstəricilərindən aşağı deyil. Laborator nəticələr göstərir ki, Ağdam daşının yük götürmə qabiliyyəti digər daşlardan hətta çoxdur. Odur ki, karxana istifadəyə verilib. Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərinin tikintisində bu ağ daşlardan istifadə olunur. Beləliklə də, həm Ağdamın inşasında Ağdam daşından istifadə edilir, həm yeni iş yerləri yaradılır, həm də dövlət büdcəsinə qənaət olunur”. (AZƏRTAC)

Oxşar xəbərlər