06.07.2025, 14:37
AZ EN
08.06.2023, 11:14 299

Mariya Armeni sillələyib

YAZILAR

Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın bu günlərdə H1 TV-nin ekranından Rusiyanın maraqlarına uyğun olmayan fikirlər səsləndirməsi və Ermənistanın 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatdan imtina edə biləcəyini açıq mətnlə bildirməsi Rusiya XİN-nin mətbuat konfransında rəhbəri tərəfindən sərt reaksiyaya səbəb olub."Hraparak"ın bu gün paylaşdığı "Zaxarovanın silləsi" başlıqlı xəbər də məhz "Zaxarova dünən....Armen Qriqoryana tərs sillə atdı" cümləsi ilə başlayır. M.Zaxarovanın dediklərindən belə məntiqi nəticə çıxarılır ki, 44 günlük müharibədə məhz Rusiyanın sayəsində tam darmadağın edilməyən Ermənistan rəhbərliyinin sonra müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayınmağa cəhdlərinin arxasında məhz reallığı hələ də dərk etməyən qüvvələrin dayandığı məlum olsa da özünü müstəqil dövlət kimi təqdim etməyə çalışan Ermənistanın öz yaradıcısı olan Rusiyaya qarşı nəsə deməsi ilk növbədə ermənilərin özləri üçün problem mənbəyidir.

Kommunikasiya xətlərinin açılmasının Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında müzakirə olunduğunu və  bu sahədə razılıq əldə edildiyini vurğulayan M.Zaxarovanın sözlərindən həm də belə məntiq ifadə olunur ki, Armen Qriqoryan kimi məmurların dedikləri cəfəngiyyatdan başqa bir şey deyil.

Nəsib

Oxşar xəbərlər