Ekspertlər hesab edirlər ki, sülh müqaviləsi konstitusiya dəyişiklikləri edildikdən sonra imzalanmalıdır və burada fikir ayrı-seçkiliyinə,şübhəli məqamlara yer yoxdur. Təcrübə göstərir ki, Ermənistan ötən dövrlərdə də imzaladığı sənədlərdən boyun qaçırıb. Bu səbəbdən konstitusiya məhkəməsinin rəyinə ümid edərək konstitusiya dəyişikliklərini gözləmək absurtdur.
“Azərbaycanın tələbləri kifayət qədər açıqdır, şəffafdır, konkretdir və bu konstitusiya dəyişiklikləri, həm də ATƏT-in Minsk qrupunun buraxılması çox önəmli prioritet təşkil edir”.
Bunu mətbuata açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O, vurğulayıb ki, digər tərəfdən sülh haqqında daha geniş məzmunlu danışan Paşinyan özünü sülh tərəfdarı kimi göstərməyə çalışsa da və yaxud dövlət institutlarını, dövlət aparatlarını burada məhsul olduğunu qələmə versə də, faktiki olaraq sülhdə maraqlı tərəf həm də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir: “Eyni zamanda rassional anlamalıdır ki, Ermənistan konstitusiyasında qonşulara ərazi iddiası vardır”,- deyə İ.Hüseynov əlavə edib.
Köhnə reallıqlar Ermənistan qanunvericiliyində yer alıb və hazırkı reallıqlarla uyğun deyil. Necə ki, reallıqlar həm də hüquqi zəmində əks olunmalıdır, bu formada da siyasi iradə nümayiş olunub konstitusiya dəyişiklikləri həyata keçirilməlidir.
Tahirə AĞAMİRZƏ