01.12.2024, 21:41
AZ EN
12.05.2023, 10:25 318

Erməni deputat başqasının qoltuğunda mövcud olmalarını etiraf etdi

YAZILAR
  • "Hraparak"ın müxbiri Lusine Şahverdiyanın suallarını cavablandıran iqtidar fraksiyasının üzvü Şirak Torosyan da bütün soydaşları kimi mayın 11-də baş vermiş növbəti erməni təxribatı barədə danışarkən Azərbaycanın ünvanına əsassız fikirlər söyləyib.

O, deyib ki, guya Azərbaycan sülh müqaviləsinin imzalanmasını istəmir və ona görə, həmçinin yeni ərazi "işğal etmək üçün hərbi qarşıdurmaya, nəhayət müharibəyə cəhd edir."

"Mühüm danışıqlar ərəfəsində güc, yaxud güc tətbiq etmə hədəsi ilə təhlükə yaratmaq Azərbaycan üçün ənənəyə çevrilib", - deyə o, əlavə edib ki, əgər bölgədə Avropa İttifaqının missiyası olmasa idi düşmən daha çox ərazini "işğal edər".

"Müharibə həmişə var", - deyə o, ermənilərin başqa dövlətlərin kölgəsində təhlükəsiz olduğunu sətiraltı ifadələrlə diqqətə çatdırıb.

N.Qaramanlı

Oxşar xəbərlər