Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi xüsusilə Vətən müharibəsindən sonra daha çox müşahidə olunur. Rəsmi Paris ölkəmiz əleyhinə rəy formalaşdırmaq, beynəlxalq səviyyədə sanksiyaların qəbul edilməsinə nail olmaq üçün bütün imkanlarını səfərbər edib. Rəsmi Bakının daxili işinə qarışmaq cəhdləri Azərbaycanda kəşfiyyat işinin aparılması və özünün beşinci kalonunu yaratmaq niyyəti Fransanın andi-Azərbaycan siyasətini əks etdirən faktlar. Bu ölkə həmişə Ermənistana silah satmaqla Azərbaycan-Ermənistanın münasibətlərinin normallaşmasına zərbə vurur. İrəvandakı revaşist qüvvələri həvəsləndirir.
Qarabağda mədəni irsə təhlükəyə dair əsassız iddialar irəli sürən Fransanın öz ərazisində ucaldılan və qadınların azadlığı rəmzini özündə əks etdirən Natəvanın heykəlinin təhqir olunması, vandalizmi törədənlərin hələ də cəzalandırılmaması bir daha Fransanın çirkin siyasətini əks etdirir. Dünyada mədəni irsin mühafizəsi ilə məşğul olmaq əvəzinə, YUNESKO Fransa, Avropa və xarici işlər nazirliyinin departamenti funksiyasını yerinə yetirir. Bütün dünya xalqları üçün açıq olmalı olan təşkilatın şəxsi heyətinin əlli faizindən çoxu tək Fransanın payına düşür.
Politoloq İlyas Hüseynov “ARB”-yə açıqlamasında bildirib ki, Fransa son dövrlər Azərbaycana qarşı öz məkrli və çirkin siyasətini müxtəlif üsullarla həyata keçirməkdədir: “Bu xüsusda əgər əvvəllər siyasi, diplomatik hücumlar təşkil olunurdusa, artıq biz görürük ki, cəsusluq fəaliyyəti ölkəmizdə təşkil olunur, eyni zamanda mədəni - humanitar əsaslı sahələr də bu ciddiyyətlərə daxil edilir”.
İllərdir Azərbaycana qarşı qərəzli, prinsipial mövqeyi sərgiləyən Fransa öz siyasətində uğursuzluqlar yaşayır. Xarici və daxili siyasətdəki problemlər, müstəmləkələrdən qovulma məhz Makronun hakimiyyəti dövründə artıb. Yeni Kaliforniyanı zorla nəzarətdə saxlamaq üçün bu ərazidə seçki qanunvericiliyinin dəyişdirilməsi, ərazinin fransızlarla doldurulması və seçici kütləsini dəyişməsi siyasəti də Fransa hökumətinin çirkin addımlarındandır. Makron hökuməti həm də iqtisadi böhran yaşayır. Siyasi şərhçilərin fikrincə, Fransa lideri xarici siyasi avantüralara alüdə olub problemləri unudaraq iqtisadiyyatla maraqlanmır. Onun daxili siyasi çəkişmələrə və intiriqalara meyilli olması və kabinetdəki daim kadr dəyişikliyi fonunda açıq-aydın görünür. Bunlar iqtisadi inkişaf tempinin davamlı azalmasına, infliyasiyanın, sosial gərginliyin artmasına və sadə fransızlar üçün digər mənfi nəticələrə səbəb olur. Paris həm də düşünülmüş zəif iqtisadi strategiyası ilə müstəmləkəsi olan ölkələri özündən asılı vəziyyətdə saxlamağa çalışır.
Hazırladı: Tahirə AĞAMİRZƏ