23.12.2024, 04:34
AZ EN
30.03.2023, 15:31 230

İlyas Hüseynov: "Bizim xarici siyasətimiz heç bir dövlətin diqtəsi ilə formalaşmır"

YAZILAR
  • Bu günün əsas mövzularından biri də Azərbaycanın İsraildə turizm və ticarət nümayəndəliyinin açılacağı xəbəri oldu.

Bununla bağlı Politoloq İlyas Hüseynov "Vetensesi".az saytına fikirlərini ifadə edərkən bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra 2021-ci il mayın 6-da mətbuata  mövzu ilə bağlı şərh verərkən bildirmişdim: "İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəliyinin açılmasını iqtisadiyyat nazirimiz Mikayıl Cabbarov Azərbaycanla  İsrail hökumətləri arasında Birgə Komissiyanın 2-ci iclasında çıxış edərkən bildirmişdi. 2 il öncə səfirliyin açılacağından tam əmin idim və bu barədə proqnoz vermişdim".

Politoloq sonra qeyd edib ki, bəziləri səfirliyin açılmasını İranla əlaqələndirir: "Bizim xarici siyasətimiz heç bir dövlətin diqtəsi ilə formalaşmır və buna heç bir əsas yoxdur. İsraildə səfirliyimizin açılması da heç bir dövlətə qarşı yönəlməyib və bu cür mülahizələr regional təhlükəsizlik arxitekturasına zərbə vurur. İsrail Azərbaycanın dostu, strateji müttəfiqi, enerji və təhlükəsiz sahəsində önəmli tərəfdaşıdır.

İsrailin baş naziri Benyamin Netanyahu və Prezident İlham Əliyev arasında güclü siyasi iradəyə əsaslanan münasibətlər formalaşıb. Netanyahunun Azərbaycana səfərini yaxşı xatırlayıram. Həmin səfər çərçivəsində iki ölkə arasında strateji və mühüm əhəmiyyət kəsb edən bir sıra məsələlər müzakirə olunmuşdu.

Hər iki ölkənin böyük iqtisadi potensialı əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradıb. Azərbaycan və İsrail arasında iqtisadiyyatın müxtəlif sahələrində uğurlu əməkdaşlıq həyata keçirilir. İsrail Azərbaycanın əsas ticarət tərəfdaşıdır və qarşılıqlı ticarət dövriyyəsinin artırılması, strukturunun şaxələndirilməsi üçün müxtəlif təşəbbüslər irəli sürülür.

İsrail sahibkarlarını ölkədə yaradılan sənaye zonalarına investisiya yatıra, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələrdə iştirak edə bilərlər. İsrailin işğal azad olunan Qarabağa və Şərqi Zəngəzura sərmayə yatıracağı da istisna olunmur".

İ.Hüseyinov daha sonra bildirib ki, İsrail Azərbaycanla əməkdaşlığa böyük önəm verir, iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın davamlı inkişafı hiss olunur:

"Yəhudilərin dünyada kompakt yaşadığı azsaylı məkanlardan biri olan "Qırmızı Qəsəbə" Azərbaycan və İsrail arasında münasibətlərin simvolu hesab olunan faktorlardandır. Bu qəsəbənin sakinləri əsrlərdir ki, Qubada yaşayan dağ yəhudiləridir. 18-ci əsrin ortalarında salınmış bu kənd Quba xanlığının himayəsi altında olub. Əsrlər boyu onlar bütün çətinliklərə sinə gərərək öz mədəniyyət və ənənələrini, o cümlədən nadir cuhuri dilini qoruyub saxlamışlar.  Unikal və möhtəşəm Dağ Yəhudiləri Muzeyində dağ yəhudilərinin mədəniyyəti və tarixinə dair çoxsaylı nümunələr sərgilənir.

Hazırda enerji, səhiyyə, süni intellekt, ticarət, investisiya, rəqəmsallaşma, kənd təsərrüfatı, qida təhlükəsizliyi, standartlaşdırma, su təsərrüfatı, turizm, təhsil, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. İsrail Azərbaycan səfirliyinin açılması böyük hadisədir.

Bu münasibətlə bütün Azərbaycanı və İsraili sevən dostlarımızı ürəkdən təbrik edirəm!

Muxtar müəllimə məsuliyyətli işində böyük uğurlar arzulayıram!

Çox heyf ki, daim xatirəsini hər zaman uca tutduğum dostum Arye Quta İsraildə səfirliyimizin açılmasını görmək nəsib olmadı. Amansız xəstəlik buna imkan vermədi",- deyə politoloq vurğulayıb.

Hazırladı:Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər