21.11.2024, 23:22
AZ EN
29.12.2022, 15:52 330

Fransız jurnalist Jan-Mişel Brün Fransa siyasətçilərini və mətbuatını ələ alan erməni millətçiləri barədə məqalə yazıb

YAZILAR
  • Fransız jurnalist Jan-Mişel Brün Fransa siyasətçilərini və mətbuatını ələ alan Erməni millətçiləri barədə məqalə yazıb. Trend İnformasiya Agentliyinin Fransada təsis etdiyi "Lagazetteaz.fr" qəzetinin baş icraçı direktoru Jan-Mişel Brün qəzetdə erməni millətçilərinin Fransa mətbuatını və xalqını Azərbaycana qarşı səfərbər etməyə çalışdıqları barədə məqalə dərc edib.

Brün hesab edir ki, Fransa mətbuatı və tanınmış şəxsləri erməni millətçilərinin dezinfomasiyalarını tirajlamaqla məşğuldur.

“’Le Monde’ qəzetində dərc olunmuş ’Emmanuel Makron Qarabağda və Ermənistan Respublikasında ermənilərin təhlükəsizliyini təmin etmək üçün bütün səylərini səfərbər etməlidir’ başlıqlı məqalədə azərbaycanlılara çox yaxşı tanış olan bir neçə siyasətçi, o cümlədən, Erik Siotti, Jilbert-Lük Devina, O.Fur, Pier Uzulias və Fransada "Qarabağ üzrə beynəlxalq informasiya qrupu"na sədrlik edən Brüno Retayyo Fransa dövlət başçısına müraciət ünvanlayıb. Bununla biz sanki yenidən Fransa-Azərbaycan ikitərəfli əlaqələrinin kəskinləşməsini nəzərdə tutan yeni bir dönüşün şahidi oluruq.

Heç kimə sirr deyil ki, adları çəkilən siyasi xadimlər çoxdan həm türklərə, həm də azərbaycanlılara qarşı dərin nifrət bəsləyirlər. Səbəblər fərqli olsa da, ortaq məxrəc eynidir. Fransa müstəqil Türkiyəni özünün əsas regional rəqibi, Azərbaycanı isə hər zaman Türkiyənin maraqlarını dəstəkləyən və dəstəkləyəcək bir ölkə kimi görür və əksinə.

Digər tərəfdən, Fransadakı erməni diasporası döyüş meydanında müharibəni uduzan, indi isə onu informasiya meydanına çıxarmaq istəyən erməni millətçilərinin bayraqdarı olmağı seçib. Daşnak partiyasının nümayəndələri kifayət qədər vəsaitlə siyasətçiləri Ermənistanı dəstəkləyəcəkləri təqdirdə, onlara səs verəcəklərini vəd edirək ələ alır, hətta hər yerdə olduqları mediaya da təsir edə bilirlər”, -deyə jurnalist vurğulayıb.

Müəllifin fikrincə, erməni millətçilərinin əlində qalan yeganə rıçaq Qarabağın müstəqilliyi tələbidir ki, bu da onun Ermənistan Respublikasına birləşdirilməsinin başlanğıcı hesab oluna bilər və yaxud da ən azı türk qüvvələri tərəfindən qorunan anklavın, ermənilərin Bakıda azərbaycanlıların qətliamında canfəşanlıq göstərmiş bolşevik döyüşçüsünün şərəfinə “Stepanakert” adlandırdığı Xankəndi şəhəri.

“Ermənilərin səfərbər olunması üçün son bəhanə azərbaycanlı ekoloji fəalların Laçın dəhlizi yolundakı Rusiya sülhməramlılarının postunun yaxınlığında dinc nümayişə başlaması olub. Dərhal Fransadakı diasporunun, daha sonra isə siyasətçilərin və şou-biznes nümayəndələrinin inandıra bildiyini çatdıran erməni mətbuatı iş başına keçərək, bu ekofəalların dinc nümayişlərini erməniləri blokada qurbanı kimi təqdim etmək üçün hadisəni qabaqlayır.

Görünən reallıq isə çox fərqlidir. Fransız jurnalistlər nümayişlərin keçirildiyi yerə getməkdən imtina etdikləri üçün Fransa ictimaiyyətinə bunu aydın görmək çox çətindir.

Laçına gedən yol heç bir halda yüklər, humanitar konvoylar və ya vətəndaşlar üçün bağlanmayıb. Nə Azərbaycan hökuməti, nə də nümayişçilər Laçın yolunu bağlamayıb. Həqiqətən də yol boyu vətəndaşların, yüklərin və nəqliyyat vasitələrinin hərəkət rejimi son iki ildə dəyişməz qalıb və sülhməramlılar yolun mühafizəsi üzrə öz vəzifələrini yerinə yetirməkdə davam edirlər. Üstəlik, yayılan uydurma xəbərlərin əksinə olaraq, sosial şəbəkələrdə müxtəlif növ nəqliyyat vasitələrinin, o cümlədən, təcili tibbi yardım və humanitar karvanların maneəsiz keçidini əks etdirən çoxsaylı videolar yayılıb”,-deyə Brün əlavə edib.

Fransız jurnalist, həmçinin qeyd edib ki, bu yolda yoxlamalar davamlı şəkildə aparılır, çünki Ermənistan Laçın dəhlizindən müstəsna humanitar məqsədlər üçün deyil, silahlı qüvvələrin şəxsi heyətinin rotasiyasını həyata keçirmək və Ermənistanın işğal etdiyi anklavlara silahların ötürülməsi üçün istifadə edir ki, bu da beynəlxalq hüququn pozulması deməkdir.

“Bundan başqa, Laçın yolundan Rusiya sülhməramlılarının olduğu Azərbaycan ərazilərindən faydalı qazıntıların və digər sərvətlərin daşınması üçün də istifadə olunub. Bu əməliyyatlar ekoloji standartlara məhəl qoymadan, mövcud su resurslarını lazımi qaydada təmiz saxlamadan və qazıntı ərazilərinin bərpası aparılmadan həyata keçirilib. Bütün bunlar isə meşələrin məhvinə, torpaqların deqradasiyası, çaylarda çöküntülərin çirklənməsi, suyun və torpağın kimyəvi çirklənməsi ilə nəticələnib”.

Həmçinin, məqalədə xatırladılıb ki, Rusiyanın vasitəçiliyi ilə iki ölkə liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 6-cı bəndinə əsasən, Laçın rayonu Azərbaycana qaytarılıb: “Eyni zamanda, bu sənədə əsasən Azərbaycan Ermənistan və Qarabağı birləşdirən Laçın yolu boyunca vətəndaşların və nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etməyi öhdəsinə götürüb.

Rusiya qüvvələri tərəfindən mühafizə olunan anklava gəlincə, o, Azərbaycanın ayrılmaz hissəsi kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınıb və indiki vəziyyət müvəqqəti xarakter daşıyır.

Qeyd olunan Üçtərəfli Bəyanatın 4-cü bəndinə əsasən isə Ermənistan silahlı qüvvələrini bölgədən tamamilə çıxarmalıdır. Buna baxmayaraq, qeyri-qanuni erməni silahlı birləşmələri hələ də Xakəndidə mövcuddur və Ermənistan Azərbaycan ərazisində hərbi fəaliyyətini davam etdirir.

Fransa mediası Laçin yolunun blokadası tezisini əsaslandırmaq üçün azərbaycanlıların arasında danışılan fikirləri irəli sürür. Ancaq heç bir azərbaycanlı ekspert, jurnalist və ya tarixçi Qarabağdan bəhs olunan verilişlərə, forumlara dəvət olunmur. Amerikalı politoloq Hovard Zinnin dediyi kimi, “Nə qədər ki, dovşanların tarixçisi yoxdur, tarixi ovçular danışacaq".

Heç də hər zaman hamıya uydurma yalanlar danışmaq olmaz. Fransız jurnalistlər gec-tez gəlib görəcəklər ki, çıxıb getmiş ermənilər bölgənin şəhərlərini və ekosistemini necə dağıdıblar və bütün bu ağ yalanlar bu daimi qarşıdurma şəraitində yaşamağa azərbaycanlılar qədər layiq olmayan ermənilərin belə özlərinin xeyrinə üzə çıxacaq”, -deyə məqalədə yekun olaraq vurğulanıb.

Oxşar xəbərlər